Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Oktyabr 2015

“Tarix boyu vəhabi israilliyə sillə vurmayıb!”

Ustad Qəraəti Mina faciəsi haqqında
Tarix boyu bir vəhabi bir israilliyə bir sillə vurmayıb. Amma həmin vəhabilər biz şiələri müşrik adlandırır, bəziləri şiənin qətlə yetirilməsini vacib sayır. Ən azı bunu halal bilirlər. Tutaq ki, biz müşrik və kafirik. Məgər şiədən başqa kafir yoxdur?! Əgər siz kafir öldürənsinizsə bir sillə də İsrailə vurun. Məgər İsrail mömindir? İmam bəzilərinə işarə ilə “Amerika İslamı” ifadəsini işlədirdi. Biz Ali-Səuda “İsrail İslamı” deməliyik.

Namazın İqamə Mərkəzinin rəisi höccətülislam vəlmüslimin Qəraəti Mina faciəsi barədə ürək ağrılarını bölüşür. Məkkə və Kəbə kimi müqəddəs yerlərin Amerikaya bağlı Ali-Səud kimi sülalənin əlində olması, bu şəxslərin müsəlmanlardan çox Amerika və İsraillə yaxınlığı ustadı narahat edir. Fars informasiya agentliyi Mina faciəsindən sonra höccətülislam vəlmüslimin Möhsün Qəraətinin bu müsibətlə bağlı qeydlərini nəşr edib:
Üzücü Mina hadisəsi ölkəmizin müsəlman xalqının qəm-qüssəsinə səbəb oldu. Mən bir Quran müəllimi olaraq, bu hadisələrlə bağlı siz əzizlərlə dərdləşmək istədim.
Bismillahir-Rəhmanir-Rəhim
İnsanlar üçün, Allaha dua üçün qərar verilən ilk ev Məkkədədir və bu ev insanlar üçün bərəkət və hidayət səbəbidir. Ali-İmran surəsinin 96-cı ayəsində oxuyuruq: “Həqiqətən, insanlar üçün tikilən ilk ev Məkkədəki evdir, bu ev aləmlər üçün bərəkət və doğru yol səbəbidir.” Məkkə ilahi əmin-aman hərəm, evdir. “Hərəmən amina” ifadəsinə Qəsəs surəsinin 57-ci ayəsində rast gəlirik.
“Rəbbicəl həzəl-bələdə amina”, yəni Pərvərdigara, bu evi əmin-aman qərar ver. İbrahim surəsinin 35-ci ayəsində bildirildiyi kimi, Həzrət İbrahim (ə) belə dua edib.
“Və həzəl-bələdil-əmin”. Bu cümlə Tin surəsinin 3-cü ayəsindədir. Allah-Taala əmin-aman şəhər olaraq Məkkəyə and içir.
Həcc surəsinin 27-ci ayəsində buyurulur: “İnsanları həccə çağır, onlar piyada ya uzaq yol gələn yorğun dəvələrlə sənin yanına gəlsinlər.” İbrahimə (ə) tapşırılır ki, istər piyada, istər süvari, hamını bu ziyarətə çağırsın.
Bəqərə surəsinin 125-ci ayəsində oxuyuruq: “Biz bu evi insanlar üçün savab və əmin-amanlıq yeri etdik... İbrahimə (ə) və İsmailə (ə) tapşırdıq ki, onu təvaf edənlər, orada ibadətə məşğul olanlar, rüku və səcdə edən namaz qılanlar üçün təmizləsinlər...” Bəli, Həzrət İbrahim (ə) və İsmailə (ə) tapşırılır ki, bu evi paklasınlar.
Məkkə Həzrət Peyğəmbər (s) və Əmirəlmömininin (ə) dünyaya gəldiyi yerdir. Məkkə müsəlmanların qibləsidir. Məkkə Cəbrailin endiyi yerdir. Məkkə İsmailin (ə) qurbangahıdır. Məkkə Bilala işkəncə verilən yerdir.
Sual olunur ki, bu gün Məkkə və Kəbə kimlərin əlindədir? Həzrət Əli (ə) buyurur ki, Məkkə, Allah evini qoruyun, nə qədər ki, sağsınız onu boş saxlamayın, başına buraxmayın, yoxsa çətinliyə düşərsiniz. (Nəhcül-Bəlağə, məktub: 47)
Bu gün Məkkə və Kəbənin Amerikanın nökərlərinin ixtiyarında olmasından böyük bəla nədir! Ali-İmran surəsinin 167-ci ayəsində bəzi müsəlmanlar haqqında buyurulur: “Onlar imandan çox küfrə yaxınlaşıblar, ürəklərində olmayan şeyi deyirlər...” Bu gün Səudiyyə Ərəbistanına hakimlik edən Ali-Səud tayfasının Amerika və İsraillə əlaqələri müsəlmanlarla əlaqələrindən qat-qat güclüdür.
Tarix boyu bir vəhabi bir israilliyə bir sillə vurmayıb. Amma həmin vəhabilər biz şiələri müşrik adlandırır, bəziləri şiənin qətlə yetirilməsini vacib sayır. Ən azı bunu halal bilirlər. Tutaq ki, biz müşrik və kafirik. Məgər şiədən başqa kafir yoxdur?! Əgər siz kafir öldürənsinizsə bir sillə də İsrailə vurun. Məgər İsrail mömindir? İmam bəzilərinə işarə ilə “Amerika İslamı” ifadəsini işlədirdi. Biz Ali-Səuda “İsrail İslamı” deməliyik. Yəni elə bir İslam ki, İsrail ondan razıdır. Əgər bu gün İsrailin baş nazirindən soruşan olsa, deyər ki, Livan, Suriya, İraq, Yəmən, Bəhreyn müsəlmanlarını qətliam etmək üçün böyük məbləğdə pul xərcləməliyik. Amma Ali-Səud belə asanlıqla həmin müsəlmanları qətliam edir. Onların Məscidül-Həram, Kəbəyə xidmət ləyaqəti yoxdur. Ənfal surəsinin 34-cü ayəsində buyurulur: “Onlar Məscidül-Həramın sahibi olmadıqları halda möminlərə mane olduqda Allah nə üçün belələrinə əzab verməsin! Onun sahibləri yalnız Allahdan qorxub pis işdən çəkinənlərdir...” Bəli, Məscidül-Hərama yalnız təqvalı insanlar xidmət edə bilər.
Ənkəbut surəsinin 45-ci ayəsində oxuyuruq: “Quranda vəhy olunanı oxu və namaz qıl. Namaz insanı çirkin işlərdən çəkindirər. Allahın zikri isə daha böyükdür, Allah gördüyünüz işlərdən xəbərdardır.” Namaz çirkin işlərin qarşısını alır. Bu gün dünyada ən çirkin iş İsrailin məzlum Qəzzə xalqının başına mərmi ələməsidir. Müsəlmanları qətliam etmək pis iş deyil?! Şiə də deyillər ki, sünni-şiə müzakirəsi açasan. Qəzzə xalqı ərəbdir, sünnü məzhəbindəndir. Ali-Səud sünnü ərəblərin qətliamını pis iş saymır? Əgər pis iş sayırsa Məscidül-Həramda milyonluq camaat namazı buna etiraz etməlidir. Əgər Məscidül-Həramda namaz qılındığı halda belə cinayətlər baş verirsə, demək namaz namaz deyil. Əgər pişnamaz Quran hafizisə, suyu zəmzəmsə, qibləsi kəbəsə, milyonlarla insan bu namazdasa, eyni zamanda bu namaz pis işin qarşısını ala bilmirsə, demək onda problem var. Bu biganəlik zaman və məkan tanımır. Problem hakimiyyətdədir. Dinin əsası vilayətdir. Əgər namaz vilayətlə yanaşı olmasa problem ortaya çıxır. Yanaşı olsa problemlər aradan qalxır. Vilayət yoxsa, heçnə düzgün deyil. Onlar bizə müşrik deyirlər. Çünki “Ya Məhəmməd”, “Ya Əli” “Ya Hüseyn” deyirik. Biz onları Allahın övliyası olaraq çağırırıq. Belə bir halda bizi müşrik sayırlarsa üzlərini Məlikin üzlərinə qoyanda bunu şirk kimi dəyərləndirmirlər. Əslində yalnız Allah Məlik, yəni mülk sahibidir. “Qul əuzu birabbinnas, məlikinnas...”
Bu tayfanın keçmişi qaranlıqdır. Keçmişlərinə baxsan yalnız cinayət görərsən. Səud ibn Əbdüləziz İraqa daxil oldu, Kərbəlanı mühasirəyə aldı. İmam Hüseynin (ə) hərəminə hücum etdilər, hərəmin cəvahiratını qarət etdilər, zərihə od vurub şadlandılar. Kərbəlada olsaydılar İmam Hüseynin (ə) cəsədi üstündən at çapanlardan idilər. İmam Hüseynin (ə) hərəmində bu işi gördülər. Yezidin məclisində olmadılar ki, İmam Hüseynin (ə) dodaqlarına qamçı çəksinlər. Bu işi onun hərəmində gördülər, zərihinə od vurdular.
Kəbə günəş kimidir, hamı üçündür. Həcc surəsinin 25-ci ayəsində oxuyuruq: “Hamı üçün qiblə etdiyimiz Məscidül-Həramdan yerli və gəlmələri üz çevirməyə məcbur edənlər, orada zülm və haqsızlığa meyl göstərənlər ağır əzab dadacaq.” Məkkənin sakini və Məkkədən kənarda yaşıyanlar Kəbədə yeni hüquqa malikdir. Bütün möminlərin Kəbə ilə rabitəsi günəşlə rabitəsi kimidir. Kimsə deyə bilməz ki, mənim günəşlə rabitəm başqasından çoxdur. Günəş kimsənin mülkü deyil. Kəbə də kiməsə məxsus deyil.
Minada həlak olanlar hamısı bağışlanmışlardır. Hədisdə deyilir ki, qurban bayramı gecəsi ərəfədə olan insan hökmən bağışlanmışdır. Onlar Allahın qonağı idilər, ehram halında bayram günü rəmy-cəmərat yolunda idilər. Ali-Səudun bacarıqsızlığı səbəbindən bir qrupu həlak oldu, bir qrupu yaralandı, bir qrupu itkin düşüb. Şübhəsiz, Allah intiqam alacaq. Tarixboyu harada məzlumun qanı tökülsə Allahın intiqamı onun sorağına gələr. Allahın Quranda yada salınan adlarından biri “İntiqam alan”dır. Ümid edirəm ki, əzizlərin bu məzlumiyyəti Ali-Səud və vəhabiləri rüsvay edəcək.
Bu hadisə Zeynəbi-Kübranı yada salır. Aşura günü hətta xeyməsi yox idi. Minada sağ qalanlar xeymələrinə qayıtdılar, ağladılar. Amma Aşura günü İmam Hüseyni (ə) qətlə yetirdilər və xeymələrinə od vurdular. Şüəra surəsinin 227-ci ayəsində buyurulur ki, zülm edənlər tezliklə haraya dönəcəklərini biləcəklər!

Vilayet.nur-az.com


6820 بازدید
در حال ارسال اطلاعات...