Rusiyanın İŞİD-lə mübarizəsi artıq əsl mənada Amerika və o cümlədən, Türkiyə və fars körfəzi müttəfiqlərini çıxılmaz vəziyyətə salıb

Rusiyanın hücumları işıq sürəti ilə gedir, Amerikanın qurduğu koalisiyanın sürəti isə hələ at-araba həddindədir!
Şəhid Qalib Kamal Nəimin yas mərasimində iştirak edən Hizbullah İcraiyyə Komitəsinin müavini cənab şeyx Qavuq nüvə müzakirələrindəki müsbət anlaşmadan sonra Müqavimətin düşmənlərinin yeni planlarında heç bir nailiyyət əldə etməyəcəklərinə toxunaraq bildirib ki, hal-hazırda Suriyada hökm sürən vəziyyət tamamilə Müqavimətin xeyrinədir. Rusiyanın hücumları Müqavimətin İŞİD-ə qarşı yeritdiyi perspektivdə böyük əhəmiyyətə malikdir. Bu hücumlardan sonra artıq Amerikanın terrorizm və İŞİD-lə mübarizəsinin saxta və süniliyi, o cümlədən, müttəfiqlərinin bu oyunda nə güddükləri tam üzə çıxır. Amerika nə İŞİD-in məhv olmağını, nə də, Suriyada stabilliyin bərpasını istəyir. Hazırda böhranın uzanmağı və terrorizmin regionda rişə atmağı onların mənafeyi ilə tam uyğundur. Rusiyanın İŞİD-lə mübarizəsi artıq əsl mənada Amerika və o cümlədən, Türkiyə və fars körfəzi müttəfiqlərini çıxılmaz vəziyyətə salır, əl-Nüsrət və Əhrar əl-Şam kimi terrorist qruplarının həqiqi himayədarlarının qarşısını kəsir. Müqavimət Cəbhəsi uzun illərdir Livanda terrorizmlə, həmçinin hal-hazırda regionda İŞİD-lə mübarizədə böyük müvəffəqiyyətlər qazanıb ki, Amerika və müttəfiqləri ona nail olmaqda acizdirlər. Doğrusu, Rusiyanın üç gün ərzindəki hücumlarının təsiri Amerikanın təşkil etdiyi İŞİD-lə mübarizə koalisiyasının 400 günlük nəticəsindən o qədər artıq olub ki, artıq İŞİD terrorist qruplaşmalarının məntəqəni tərk etməyə, Türkiyə və İordaniyaya doğru yürüşlərinə dair maraqlı xəbərlər eşidirik…
Nur-az.com/shia-news