Ərəbistandakı rejim o zaman imperializm tərəfindən yaradılıb və hal-hazırda da, İsrailin bütün cinayətlərində şərikdi
Yəmən Ənsarullah hərəkatının rəhbəri seyid Əbdülməlik əl-Husi bildirib ki, Ərəbistandakı rejim o zaman imperializm tərəfindən yaradılıb və hal-hazırda da, İsrailin bütün cinayətlərində şərikdir. Ötən gün sionist rejimi tərəfindən bu ölkənin (Ərəbistan) Əsir məntəqəsinə köçürülən raket hərbi təchizatı haqda məlumat bizə gizli qalmayıb. Biz haqq uğrunda ayağa qalxmışıq və heç vaxt izzət və müstəqilliyimizin tapdanmağına icazə verməyəcəyik. Necə ki, bizim ulu əcdadımız, Livanda Hizbullah və İraqda yeni hakimiyyət işğalçıları öz ərazilərindən çıxartdıqları kimi, biz də, bu təcavüzün qarşısında duraraq ərazi bütövlüyümüzü və müstəqilliyimizi qoruyacağıq. Ərəbistan hal-hazırda Allahın evinin sayəsi altında özünü bu müqəddəs diyarın xadimi kimi göstərməyə çalışsa da, əslində həcc və s. mərasimlərdən istənilən qədər maddi və mənəvi gəlir toplayır, müsəlmanların beytül-malını istədiyi kimi mənimsəyir. Hal-hazırda bu rejim təkfir cərəyanının ardında İslamın simasını ləkələməklə məşğuldur, Amerika və İsrailin alətinə çevrilərək regionda tüğyan edir, Yaxın Şərqdə fitnə və böhranlar törədərək ümumbəşəri problemlər yaradır. Amerika başda olmaqla məntəqədə mövcud olan bu müstəbid rejimlər xalqları azadlığa yox, köləliyə sürükləyirlər. Hal-hazırda Yəmən xalqı Amerika, İsrail və onların əlində alətə çevrilən Ali-Səud kimiləri tərəfindən ən azğın vəhşiliklərə məruz qalır və bu plan həqiqətdə məkrli İngiltərə tərəfindən cızılıb. Bu təcavüzlə ölkəmizi parçalayıb, işğal etmək qəsdindədirlər və bu arada bəziləri də, millətin ümidini qırmaq istəyirlər. Gərək xalqımız belə fitnə və planlara qarşı hazır olsun. Odur ki, biz bu xalqın kənarında heç vaxt buna icazə verməyəcəyik.
Nur-az.com/alalam