Həzrət Peyğəmbər (s) Məkkədən Mədinəyə hicrət edərkən Əmirəlmöminin Əlini (ə) Məkkədə qoyur və buyurur: “Bizdə olan əmanətləri sahiblərinə qaytar.”
Əbusüfyanın oğlu Hənzələ, Əmir ibn Vaelə dedi: Əliyə (ə) de ki, mən həzrət Peyğəmbərə (s) 100 misqal qızıl əmanət vermişəm. Sən Peyğəmbərin (s) zamini olduğun üçün mənim qızılım qaytar. Əgər səndən şahid istəsə biz qüreyşlilər bu əmanətin həqiqətən olduğuna şahidlik edərik.
Əmir bu işi görmək istəmirdi. Amma Hənzələ ona bir az qızıl və arvadının boyunbağını verməklə həzrət Əlidən (s) bu borcu tələb etməyə vadar edir.
Əmir, İmam Əlinin (ə) hüzuruna gəlib o həzrətdən əmanəti tələb edir. Mənim dediyimə Əbu Cəhl, Əkrəmə, Əqəbə və Əbusüfyan şahiddirlər.
İmam (ə) buyurdu: “Bu hiylə və məkr özünüzə qayıdacaq. Ged şahidlərinlə birlikdə Kəbədə gözlə.”
Əmir gedib şahidlərini Kəbəyə gətirir.
İmam (ə) onların hər birindən ayrı-ayrılıqda əmanətin əlamətləri və nə vaxt Peyğəmbərə verilməsi barədə sual edib buyurur: “Əmir, əmanəti nə vaxt Peyğəmbərə verdin?
Dedi: Sübh.
Buyurdu: “Əbu Cəhl, Əmir əmanəti nə vaxt Peyğəmbərə verdi?”
Dedi: Bilmirəm.
İmam (ə) həmin sualı Əbusüfyandan soruşdu.
Dedi: Əmanəti gün batan vaxtı Peyğəmbərə verdi.
Ondan sonra Hənzələdən soruşdu.
Dedi: Günorta vaxtı idi ki, Peyğəmbər əmanəti ondan aldı.
Sonra Əqəbəyə sual edir.
Dedi: Axşam çağı idi ki, əmanəti aldı və evə apardı.
Əkrəmədən də soruşur.
Dedi: Gündüz idi ki, Peyğəmbər əmanəti alıb qızı Fatimənin (s.ə) evinə göndərdi.
Həzrət Əli (ə) əmanətin verilməsinin vaxtında olan ixtilafı onlara deyərək yalanlarını ifşa edir.
Sonar üzünü Əmirə tutub buyurdu: “Niyə yalan danışanda əhvalın qarışıq və rəngin saralmışdı?”
Ərz etdi: Həqiqətən də hiyləgərin rəngi qızarmaz. Kəbənin Allahına and olsun ki, mənim Peyğəmbərin (s) yanında əmanətim yoxdur. Hənzələ mənə rüşvət verməklə bu hala saldı. Bu boyun bağı da onun arvadınındır ki, üstündə adı yazılıb.
Nur-az.com
Dilimizə çevirdi: R. Hüseynov