Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Noyabr 2015

Müqavimət bu gün də vacib və zəruridir

Bu gün elə bir gündür ki, müsəlman xalqlar imperializmin zahiri iqtidarı qarşısında qorxuya və tərəddüdə düşməməlidirlər
Müqavimət bu gün də vacib və zəruridir. Bu gün hegemonçu dövlətlər bütün dünyada mübariz müsəlman xalqları qorxutmaq istəyir. Şərq bloku dağılandan sonra onun parça-parça olmuş bir çox hissələri zəiflik səbəbindən özlərinin dünənki düşmənlərinə təslim oldular, onlara üz tutdular, bir çox ölkələrdəki iradəsiz dövlətlər Amerika dövlətinin boyunduruğu altına düşdülər. Bu gün Amerikanın öz dostlarına və əlaltılarına diktə etdiyi siyasət budur ki, hegemonluğun mütləq hökmranlığı yolunda olan hər hansı bir müqavimət məhv edilməlidir. Deyirlər ki, indi bir çox dövlətlər bizə təslim olmuşlar, nə üçün İslam tərəfdarları təslim olmurlar, nə üçün İran xalqı təslim olmur. Müsəlman xalqları qorxutmaq istəyirlər. Bu gün elə bir gündür ki, müsəlman xalqlar imperializmin zahiri iqtidarı qarşısında qorxuya və tərəddüdə düşməməlidirlər. Bu mübarizə davam edir.

Ayətullah Seyid Əli Xamenei


7337 بازدید
در حال ارسال اطلاعات...