
Fələstin onun həyatı idi, düşücə və qəlbini əhatə etmişdi. Daim Fələstinin taleyi, bu xalqın əzabları, müqavimətin gələcəyi barədə düşünürdü. Sionistlərin əsarətindən azad olandan sonra görüşdük. Biz öz qardaşlarımızı məcbur etmirik, azad seçim aparırlar. Görüşdə ilk sualı bu oldu ki, mən nə iş görməliyəm? Mən ona dedim ki, elm, mədəniyyət, mətbuat sahəsində, orduda çalışa bilərsən. Hərbi sahəni o biri sahələrlə bir sırada qeyd etdim. O dedi: “Seyid, mən Fələstindən çıxdım ki, oraya qayıdım. ” Çoxları gözləyirdi ki, Səmir azad olandan sonra siyasi simaya çevriləcək, siyasi fəaliyyət göstərəcək. Amma onun başqa fikri yox idi, əməlyyat meydanına tələsirdi...
Seyid Həsən Nəsrullah
Vilayet.nuraz.in