
Məzlumların ağası əmirəlmöminin həzrət Əli (ə) buyurur: Bir gün həzrət Fatimə (s) ilə birlikdə həzrət Peyğəmbərin (s) evinə daxil olduq və o həzrəti bərk ağlayan gördük.
O Həzrətə (s) ərz etdim: Atam-anam sizə fəda olsun, ya Rəsuləllah (s) nə olub? Sizin bu cür ağlamağınıza nə səbəb olub?
Həzrət Peyğəmbər (s) buyurdu:
“Ya Əli, merac gecəsi asimana gedəndə ümmətimin qadınlarını ağlar gördüm. Onlara verilən şiddətli əzablara görə ağlayıram.”Həzrət Fatimeyi-Zəhra (s) buyurdu: “Məgər nə görmüsünüz ki, bu qədər təsirlənib ağlayırsınız?”
Allahın Rəsulu (s) buyurdu:
1. Bir qadın gördüm ki, saçından asılmışdı və beyni qaynayırdı;
2. Bir qadını müşahidə etdim ki, dilindən asılmışdı və boğazına qaynar su tökürdülər;
3. Bir qadın gördüm ki, iki ayağından asılmışdı;
4. Bir qadını müşahidə etdim ki, əl və ayaqlarını bağlayıb ilan və əqrəblərin içinə atmışdılar;
5. Bir qadın gördüm ki, bədəninin ətini qayçılayıb onu yeməyə məcbur edirdilər;
6. Bir qadını müşahidə etdim ki, kar, lal və kor idi və bədəni cozam idi;
7. Bir qadın gördüm ki, yanar təndirin üstündə iki ayağından asılmışdı;
8. Bir qadını müşahidə etdim ki, bədəninin ətini ön və arxa tərəfdən qayçı ilə oddan ayırırdılar;
9. Bir qadın gördüm ki, əlləri alovlanmış halda bağırsanaqlarını yeyirdi;
10. Bir qadını müşahidə etdim ki, başı donuz, bədəni isə ulağ şəklində idi və ona müxtəlif əzablar verilirdi;
11. Bir qadın gördüm ki, it şəklində idi, arxasından alov çıxırdı və mələklər dəmir əsa ilə başına, bədəninə vururdular.İki dünyanın bibisi, həzrət Fatimə (s) buyurdu: “Gözümün nuru, ey əziz atam, bu qadınları hansı əməllərinə görə bu əzaba düçar etmişdilər və hansı yolun insanları idilər ki, Allah-Taala onları bu işkəncələrə mübtəla etmişdi?”
İslam Peyğəmbəri həzrət Məhəmməd (s) buyurdu:
1. O qadın ki, saçlarından asılmışdı, saçlarını naməhrəmlərdən qorumayıb;
2. O qadın ki, dilindən asılmışdı, həyat yoldaşına dili ilə əziyyət edərmiş;
3. O qadın ki, iki ayağından asılmışdı, həyat yoldaşı ilə yaxınlıq etməzmiş;
4. O qadın ki, əl və ayaqlarını bağlayıb ilan və əqrəblərin içinə atmışdılar, həyat yoldaşının icazəsi olmadan evdən gedərmiş;
5. O qadın ki, bədəninin ətini qayçı ilə kəsib yedizdirirdilər, zinətlərini və bədənini naməhrəmlərə göstərərmiş;
6. O qadın ki, kar, lal və kor idi, zinadan uşağı olarmuş, amma yalandan həyat yoldaşından olduğunu deyərmiş;
7. O qadın ki, ayağından asılmışdı, nəcis su ilə dəstəmaz alarmış, cənabət və heyz qüslü verməzmiş və namazda süstlük edərmiş;
8. O qadın ki, bədəninin ətini ön və arxa tərəfdən qayçı ilə oddan ayırırdılar, düzgün olmayan yolla kişilərlə əlaqədə olarmış;
9. O qadın ki, əlləri alovlanmış halda bağırsanaqlarını yeyirdi, haram işlərə vasitə olub;
10. O qadın ki, başı donuz, bədəni isə ulağ şəklində idi, xəbərçilik edərmiş və çox yalan danışarmış;
11. O qadın ki, it şəklində idi, səsini naməhrəmlərə naz və cilvə ilə çıxarardı və həsud idi.
Nur-az.com
Dilimizə çevirdi: R. Hüseynov