Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Yanvar 2016

“De ki, get günah et!”

Ustad Qəraəti evlənmək macərasından danışır
Höccətülislam vəlmüslimin Möhsin Qəraətinin İnstagram səhifəsində ustadın necə ailə qurması ilə bağlı maraqlı xatirə yerləşdirilib (tasnimnews.com). Ustad Qəraəti həmin günləri belə xatırlayır: Evlənmək istəyirdim. Amma atam deyirdi ki, nə vaxt təhsildə ali dərəcəyə çatsan, fiqh və üsul xaric sinfinə getsən, onda evlənərdsən. Gördüm heç vəchlə razılaşmır, yığışıb Qumdan Kaşana qayıtdım. Soruşdu ki, nə üçün gəlmisən? Dedim dərs oxumaq fikrindən daşındım. Dedim bir halda ki, siz evlənməyimə icazə vermirsiz , daha oxuyası olmadım. Nə qədər nəsihət verdisə, təsiri olmadı. Atam təhsili davam etdirməyim üçün məni razı salmağa vasitəçilər göndərdiri. Mən də evlənməyimə atamdan razılıq almaq üçün vasitəçilər tapırdım. Heç nə alınmırdı. Yenidən atamla söhbət etdim. Dedim ya de ki, mən həzrət Yusif kimiyəm və günaha batmayacağam, ya da de ki, get günah et! Fikirləşdi, nəhayət razılıq verdi ki, ailə qurum...

Vilayet.info


6218 بازدید
در حال ارسال اطلاعات...