
Mən sizin qonşunuzam. Bu küçə və məhəllədə, yaxınlıqda yaşayıram. Mən “məscid”əm, Allahın evi və müsəlmanların ibadətgahı. Baxmayaraq ki, mən gündə iki-üç dəfə evimin qapısını sizin üzünüzə açıram və bir neçə saat sizi gözləməli oluram. Amma sizlərdən bəziləri mənim sorağıma gəlmir, mənimlə ünsiyyətdə olmur. Elə bil mənimlə küsmüsünüz. Mən ki, həmişə sizin qəlblərinizi işıqlı və ürəklərinizi saf etmişəm. Mən ki, sizə həmişə ruh aramlığı vermişəm.
Ola bilsin bəzi vaxtlar məscidin xadimi, ya insanların sözləri sizi narahat etmiş olsun, lakin niyə mənimlə və mənim sahibim Allahla niyə küsmüsünüz? Mən hər zaman sizinlə barışığa, dostluğa və sizin əlinizi sıxmağa hazıram. Allah-Taala buyurub ki, məscidi abadlaşdırın və mənim abadlaşmam sizin hüzurunuzla olur. Məni, əzəmətli camaat namazının təşkilinə, mənəviyyata, mədhə, iman mərkəzinə, insanların dininin güclənməsinə, müsəlmanları, İslamı və vətəni qorumaq üçün səngərə çevrin.
Siz məscid dostlarından da gileyim var. Niyə məscidə tək gəlirsiniz? Niyə məsciddə namaz, ibadət və tilavətin savabı haqda insanlara demirsiniz? Niyə məscidə gec gəlirsiniz və tez və tələsik qayıdırsınız? Məgər müstəhəb deyil ki, insan məscidə tez gedə və gec qayıda? Niyə “Həyyə ələs-səlah”ı ciddi tutmursunuz və həmişə namazın ikinci rəkətinə çatırsınız? İstəyirəm ki, məscidə gələndə dinin göstərişlərindən olan, təmiz libaslar geyinəsiz, ətir vurasınız, dəstəmazlı olasınız, dua oxuyub zikr deyəsiniz. Çox istəyirəm camaat namazı qılınan zaman səs-küy salmayasınız və iyli corablarınızla insanları məndən qaçırmayasınız.
İstəyirəm ki, azan və təkbir gözəl səslə ürəkləri mənə tərəf həvəsləndirsin. İstəyirəm namazlarda və məclislərdə cavanları çox görüm. Uşaqları məsciddən çıxarmayın, əksinə məsciddə necə ədəbli olmağı onlara öyrətmək lazımdır ki, onlar da məscid əhli olsunlar. Bəziləri insanlara ehtiram qoymurlar, mənim sahəmdə qeybət və boş-boş söhbətlər edirlər. Elə bil məni idman zalı, çayxana və ya klubla səhv salıblar. Deməli, ey məscid əhli, hörmətimi saxlayın, digərlərinə nümunə olun.
Nur-az.com
Dilimizə çevirdi: R. Hüseynov