Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Fevral 2016

ALİMİN ABİDDӘN ÜSTÜNLÜYÜ

Öz elmindən bəhrələnən alim yetmiş min abiddən daha üstündür
Peyğəmbər (s) və Məsum İmamlar (ə) tərəfindən nəql olunmuş rəvayətlərin bir qismində elmin ibadətdən və alimlərin abidlərdən üstün olduqları buyurulur.

1. Peyğəmbər (s) buyurur:
«Elm ibadətdən daha üstündür». (Kənzül-ümmal, xəbər, 2857.)

2. «Elm məqsədilə el-obasını tərk edən və əldə etdiyi həmin elmlə batili haqq və zəlaləti hidayət ilə əvəz edən şəxsin gördüyü iş abidin qırx illik ibadətinə bərabərdir». (Kənzül-ümmal, xəbər, 28835.)

3. «Elm və agahlıq ilə yatmaq, cəhl və nadanlıqla namaz qılmaqdan daha yaxşıdır». (Həmin mənbə, xəbər, 28711.)

4. «Allah-Taala elmə yiyələnməyi namaz, oruc, həcc və Onun yolunda cihad etməkdən daha üstün tutur». (Həmin mənbə, xəbər, 28655.)

5. «Gecənin qaranlığında ay öz nuru ilə digər ulduzlardan işıqlı olduğu kimi, alim də öz elmi ilə başqalarından çox fərqlənir». (Biharul-ənvar, 1-ci cild, Elm kitabı.)

6. «Allahı tanıyan şəxsin bir rükət namazı nadan insanın min rükət namazından daha üstündür». (Kənzül-ümmal, xəbər, 28786.)

7. Әli (ə) buyurur: «Bir şəxsin həkimanə bir söz eşidib ona əməl etməsi və ya başqalarına danışması bir illik ibadətdən daha yaxşıdır». (Nəhcül-bəlağə.)

8. İmam Baqir (ə) buyurur: «Bir saat elm ilə məşğul olmaq, gecəni sübhədək ibadətlə keçirməkdən daha yaxşıdır». (Biharul-ənvar, 1-ci cild, Elm kitabı.)

9. «Öz elmindən bəhrələnən alim yetmiş min abiddən daha üstündür». (Biharul-ənvar, 2-ci cild, Elm kitabı.)


5960 بازدید
در حال ارسال اطلاعات...