Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Mart 2016

Traktor şəhidin cənazəsinin üstündən keçmədi, amma Kərbəlada...

Bu cansız cism şəhidin üstündən keçib onun sümüklərini əzmək istəmədi
General Seyid Məhəmməd Baqirzadə bir şəhidin tapılması barədə öz xatirəsini bölüşərək deyir:
Neçə ay bundan öncə Beynəl-Qərnə və Uzəyr bölgələrində traktorla öz yerini şumlayan bir əkinçi işə məşğul olduğu vaxt birdən traktor sönür. O, nə qədər çalışsa da traktoru işə sala bilmir və onun nədən söndüyünü tapa bilmir. Əkinçi deyir: Traktoru işə sala bilməkdən məyus oldum, nəhayət, işi saxlayıb traktordan uzaqlaşdım. Bir qədər getmişdim, bədəninin yarısı torpaqdan üzə çıxmış cənazə gördüm. Onun İran əsgərlərindən olan şəhid olmasını anladım. İranın Bəsrə şəhərindəki konsulluğu ilə əlaqə saxladım.

General Baqirzadə deyir: Bu xəbər “Şəhid Axtarışı İdarəsi”nə verilir və onlar şəhidin cənazəsini oradan götürürlər. O, Heydəriyyə məntəqəsindən SEPAH üzvü olan pasdarlardan idi. Orada çox maraqlı bir səhnə yaranır. Şəhidin cənazəsini traktorun yolundan götürdükdən sonra əkinçi traktorun startını vuran kimi traktor işə düşür.
Öz-özümə dedim: Yaxşı, bu traktor canlı deyil. Əlbəttə, aləmdə hər bir şeyin bir növ şüuru vardır. Lakin bu cansız cism şəhidin üstündən keçib onun sümüklərini əzmək istəmədi. Amma bir sualım var: İmam Hüseynin (ə) məzlumiyyəti hansı həddə idi ki, atlar Zəhra övladının (ə) peykərinin üzərindən keçdilər və onun peykərini əzdilər?
Salam olsun sənə ya Əba Əbdillah!


6804 بازدید
در حال ارسال اطلاعات...