Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Mart 2016

Ceff Tomas: İkipartiyalı illüziya (Amerika demokratiyası)

Seçkilər Amerikanı dəyişə bilməz!
İnternationalman.com saytında Ceff Tomasın Amerikada demokratiyanın həqiqi simasını əks etdirən “İkipartiyalı illüziya” yazısı dərc olunub. Məqalədə deyilir:
Amerika iki idman komandası – demokratlar və respublikaçılar – formlaşdırmaq yolunu tutdu. Bu yolda hərəkət zamanı anladı ki, cəmiyyət öz taleyini korkoranə şəkildə bu komandalara tapşırarsa, bu cəmiyyəti istənilən qəlibə salmaq olar...
Amerikanın 2-ci prezidenti Con Adams deyir: Mən bir ölkənin iki böyük partiyaya bölünməsindən çox heş nədən qorxmuram. Bundan böyük siyasi şər ola bilməz!
Bir ölkənin iki böyük partiyaya bölünməsinin ilk təhlükəsi budur ki, seçicinin bir seçimi var. Seçici ya liberal, y da mühafizəkara səs verməlidir. Belə seçki yalnız ictimai fikri istiqamətləndirməyə hesablanıb...
Bir partiya bərabərlik və sülh, o biri partiya azad bazar və imperatorluq şüarı ilə meydana girir. Amma istənilən partiya hakimiyyətə gəlsə, dövlət müştərək mənafelərə xidmət edir. Amerikada artıq ideologiya məhv olmaq üzrədir. Demokratlar respublikaçıların imperiya şüarları altında xaricdə müharibə aparır. Respublikaçılar da demokratların bərabərlik şüarı altında azad bazar prinsipində güzəştə gedir. Bu iki partiyanın baxış bucağında 5 dərəcə fərq ola bilər. Kimsəyə sirr deyil ki, Amerikada bütün bu oyunların arxasında böyük sərmayə sahibləri dayanır. Onlar qanun təyin edir, oyunu idarə edirlər. Hamı gözləyir ki, növbəti seçkilərdə möcüzə baş verəcək. Amma hamı illüziya içindədir...

Vilayet.info


5971 بازدید
در حال ارسال اطلاعات...