Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Fevral 2014

Çaharqul duasının şərhi

Dualar arasında Çaharqul duasının öz yeri var. Bu duanı hər gün oxuyan insan cinlər və insanların şərindən amanda qalar.
“Çaharqul” dörd “qul” deməkdir. Burada “qul” ərəb sözüdür və “de ki” mənasını Bu dua 4 surədən ibarətdir: Kafirun, İxlas, Fələq və Nas surələri. Hər dörd surə “qul” sözü ilə başlayır.

Kafirun:

بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ

(Ya Peyğəmbər! Sənə - bir il bizim bütlərimizə ibadət et, bir il də biz sənin Rəbbinə ibadət edək – deyən müşriklərə) de: “Ey kafirlər!

بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ يَا أَيُّهَا الْكَافِرُونَ

Mən sizin ibadət etdiklərinizə (bütlərə) ibadət etmərəm!

لَا أَعْبُدُ مَا تَعْبُدُونَ

Siz də mənim ibadət etdiyimə (Allaha) ibadət etməzsiniz!

وَلَا أَنْتُمْ عَابِدُونَ مَا أَعْبُدُ

Mən sizin ibadət etdiklərinizə ibadət edən deyiləm!

وَلَا أَنَا عَابِدٌ مَا عَبَدْتُمْ

Siz də mənim ibadət etdiyimə ibadət edən deyilsiniz!
وَلَا أَنْتُمْ عَابِدُونَ مَا أَعْبُدُ

Sizin öz dininiz var, mənim də öz dinim! (Elə isə sizin dininiz sizə, mənim dinim də mənə)!”
لَكُمْ دِينُكُمْ وَلِيَ دِينِ

İxlas surəsi:

بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ

(Ya Peyğəmbər! Allahın zatı və sifətləri haqqında səndən soruşan müşriklərə) de: “(Mənim Rəbbim olan) O Allah birdir (heç bir şəriki yoxdur);

بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Allah (heç kəsə, heç nəyə) möhtac deyildir! (Hamı Ona möhtacdır; O, əzəlidir, əbədidir!)
اللَّهُ الصَّمَدُ
O, nə doğmuş, nə də doğulmuşdur! (Allah Özünə heç bir övlad götürməmişdir!)
لَمْ يَلِدْ وَلَمْ يُولَدْ

Onun heç bir tayı-bərabəri (bənzəri) də yoxdur!”
وَلَمْ يَكُنْ لَهُ كُفُوًا أَحَدٌ


Fələq surəsi:

بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ

(Ya Peyğəmbər!) De: “Pənah aparıram sübhün Rəbbinə!
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ أَعُوذُ بِرَبِّ الْفَلَقِ

Yaratdıqlarının (insanların, cinlərin, vəhşi heyvanların) şərindən;
مِنْ شَرِّ مَا خَلَقَ

Zülmətə bürünməkdə olan gecənin (və ya: batan ayın, ziyası sönən ulduzların) şərindən;
وَمِنْ شَرِّ غَاسِقٍ إِذَا وَقَبَ

(Ovsun oxuyub) düyünlərə üfürən (yaxud: cadu edib iplərə düyün vuran) qadınların şərindən;
وَمِنْ شَرِّ النَّفَّاثَاتِ فِي الْعُقَدِ

Və bir də paxıllığı tutanda paxılın şərindən!”
وَمِنْ شَرِّ حَاسِدٍ إِذَا حَسَدَ

Nas surəsi:

بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ

(Ya Peyğəmbər!) De: “Pənah aparıram insanların Rəbbinə;
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ أَعُوذُ بِرَبِّ النَّاسِ

İnsanların ixtiyar sahibinə;
مَلِكِ النَّاسِ

İnsanların tanrısına;
إِلَٰهِ النَّاسِ

Vəsvəsə verən, (Allahın adı çəkiləndə isə qorxusundan) qaçıb gizlənən Şeytanın şərindən-
مِنْ شَرِّ الْوَسْوَاسِ الْخَنَّاسِ

O Şeytan ki, insanların ürəklərinə vəsvəsə salır,
الَّذِي يُوَسْوِسُ فِي صُدُورِ النَّاسِ
(O Şeytan ki) cinlərdən də olur, insanlardan da! [Və ya: (o Şeytan) istər cinlərdən olsun, istər insanlardan!]”
مِنَ الْجِنَّةِ وَالنَّاسِ

Çaharqul duasına daxil olan hər surəni oxumağın özünəməxsus təsiri var. Həzrət peyğəmbər (s) buyurur: “İxlas surəsini oxuyan Quranın üçdə birini oxumuş kimidir.” Rəvayətə əsasən Səd ibn Məazın dəfnində 70 min mələk görən peyğəmbər bunun səbəbini Cəbraildən soruşanda Cəbrail deyir: “Bu şəxs oturanda, ayaq üstə, süvari halda, piyada yol gedəndə İxlas surəsini oxuyardı.”
Fələq surəsində Allah insanlara Ona sığınmağı, Ona güvənməyi öyrədir. Peyğəmbər (s) buyurur: “Mənə Nas və Fələq surələri kimi surə nazil olmayıb.” Rəvayətə görə, vətr namazında Fələq, Nas və İxlas surələrini oxuyana deyilər: “Ey bəndə, müjdə olsun sənə! Allah sənin vətr namazını qəbul etdi.”
Nas surəsində Allah öz peyğəmbərinə göstəriş verir ki, şeytanın bütün şərlərindən Allaha sığınsın. Peyğəmbər xəstələndiyi zaman Cəbrail onun baş, Mikail ayaq tərəfində oturur. Cəbrail Fələq, Mikail Nas surəsini oxuyur.
Kafirun surəsində müsəlmanlar kafirlərlə sazişdən çəkindirilir. Peyğəmbər (s) buyurur ki, bu surəni oxuyan Quranın dörddə birini oxumuş kimidir.

Nur-az.com


6681 بازدید
در حال ارسال اطلاعات...