"Mən həmişə islami duaları, hədisləri və xəbərləri ərəb mətninin özündən oxuyuram və onun tərcüməsinə müraciət etmirəm"
Annemari Şimmel İslam tarixinə insafla yanaşan çox az sayda şərqşünaslardandır. Hətta bəziləri onu İslam dünyasının aşiqi adlandırırlar. İslam dünyasına sevgisinin bahasını ödəmiş aşiq.
A. Şimmel 1922-ci il 7 apreldə Almaniyada dünyaya göz açıb. 15 yaşında ikən ərəb dilini öyrənib və 1946-cı ildə Marburq Universitetində professorluq dərəcəsi alıb. Lakin gənc qız olduğu üçün Marburq Universitetində deyil, Ankara Universitetində çalışdı və türk dilinin tədrisi ilə məşğul oldu. O, türk dilindən əlavə ərəb, fars, urdu, bir çox hind və avropa dillərinini tədris edib. 1951-ci ildə bir daha dinlər tarixi üzrə doktorluq aldı və 1061-ci ildə universitetdə professor kimi çalışdı.
O, ABŞ-ın Harvard, İngiltərənin Kembric universitetlərində, həmçinin İran, Türkiyə, Pakiistan və Əfqanıstanın universitetlərində dərs demişdir. Pakistanın qətlə yetirilmiş baş naziri Binəzir Bhutto onun şagirdlərindən olmuşdur.
Şimmel və Salman Rüşdi
Şimmel elmi həyatı boyunca bir çox makafatlara layiq görülmüşdür. Hər il Frankfurt-Maynda Beynəlxalq Kitab Sərgisindən öncə alim və mütəfəkkirlərə verilən Sülh makafatı 1995-ci ildə A. Şimmelə aid edilmişdir.
Televiziya üçün müsahibə alan jurnalistlərdən biri ondan Salman Rüşdi barədə soruşur. Şimmel onun və o günlərdə Avropanın gözlədiyinin əksinə olaraq şücaətlə İslam dünyasını müdafiə edir. O, Salman Rüşdünün yazdıqlarını yüngül səviyyəli və qərbin xoşuna gəlmək üçün olan yazılar adlandırır. Bu televiziya müsahibəsindən sonra Avropa televiziyasından Salman Rüşdünün müdafiəçiləri bu insaflı xanıma qarşı hücumlara başlayırlar, mətbuatda onun əleyhinə məqalələr dərc olunur.
A. Şimmel İslam mövzusunda bir çox əsərlər yazmışdır və 2002-ci ildə özünün son əsərini İslam Peyğəmbərinə (s) aid etmişdir.
Tanınmış şərqşünas alim A. Şimmel 2003-cü ildə 80 yaşında vəfat etmişdir.
Şimmel və Səhifeyi Səccadiyyə
Şimmel qeydlərinin birində islami dualar, xüsusilə də “Səhifeyi Səccadiyyə” barədə yazır: “Mən həmişə islami duaları, hədisləri və xəbərləri ərəb mətninin özündən oxuyuram və onun tərcüməsinə müraciət etmirəm. Səhifeyi Səccadiyyə kitabının kiçik bir hissəsini alman dilinə tərcümə və çap etmişəm. Yeddi il bundan öncə Ramazan ayında “Ayın görsənməsi” və Ramazan ayı ilə “Vida duasını” tərcümə edirdim. Anam xəstəxanada yatırdı. Mən ona baş çəkməyə gedirdim. O yuxuya getdikdən sonra otağın bir küncünə çəkilib tərcüməni redaktə edirdim. Anamın otağında iki çarpayı var idi. Taxtların birində çox hörmətli qadın yatırdı. O katolik, lakin eyni zamanda çox mömin, əqidəsində möhkəm və təəssüblü idi. Mənim islami dualar tərcümə etdiyimi biləndə çox narahat oldu və “xristianlıqda dua yoxdurmu ki, sən islami duaları tərcümə edirsən?” dedi. Kitabım çapdan çıxdıqdan sonra bir nüsxəsini onun üçün göndərdim. Bir aydan sonra o mənə zəng edərək dedi: “Hədiyyənə görə səmimi təşəkkür edirəm. Çünki hər gün dua əvəzinə onu oxuyuram”.
Sonra xanım Şimmel əlavə edir: “İmam Zeynul-Abidin (ə) qərb əhalisinin çoxu üçün istifadə ediləsi bir şəxsiyyətdir”.
Şimmelin qəbir daşı
Çox maraqlıdır ki, A. Şimmelin qəbir daşı üzərinə çox gözəl nəstəliq xətti ilə Əmirəlmöminin İmam Əlinin (ə) bu nurlu kəlamı yazılmışdır:
“İnsanlar yuxudadır, öldükləri zaman ayılacaqlar”.