Şrift ölçüsü:
A+
A
A-
Kr
10 May 2016

Amerika ötən ildən SEPAH-ın suallarına farsca cavab verir!

Admiral Fədəvi: Amerikalılar körfəzdə hara baxırsa bizi görür...
SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Əli Fədəvi deyib:
Şəmsi 1394-cü ildən (hazırda 1395) başlayaraq amerikalılar Fars körfəzində SEPAH-ın suallarına farsca cavab verir. Körfəzdə nəsə axmaqlıq etsələr daha çox alçaldılacaqlar...
Amerika daim regionda, Fars körfəzi hövzəsində müttəfiq sorağındadır. Bu səbəbdən regionun hərbi balansı təbii deyil...
Hazırda Fars körfəzində Amerika, Fransa, Britaniyaya məxsus 60 gəmi var. Bütün gəmilər, hətta təyyarələr bizim tərəfimizdən diqqətlə izlənilir...
Hörmüz boğazından keçmək üçün gəmilərdən 14 tələbimiz var. Məsələn, gəmi nəzərdə tutulmuş yolu dəyişməməlidir, üzərindən təyyarə uçmamalıdır, sualtı qayıqlar suyun üzəri ilə hərəkət etməlidir, elektron hərbi qurğular söndürülməlidir...
Ötən il amerika dəniz piyadaları tutulanda Amerika tərəfi ilə bütün söhbətlər fars dilində aparılırdı. Amerikalılar SEPAH-ın suallarına farsca cavab verməlidir və bu tələbi yerinə yetirirlər...

Vilayet.info


6714 بازدید
در حال ارسال اطلاعات...