İnsan Allah yanında hörmətli və izzətli olsun, xalq arasında yox.
«Xalqı aldatmaq xatirinə elm öyrənən kəsin burnuna cənnət qoxusu dəyməz».
Şöhrət və sərvət üçün elm dalınca gedənlər bir tərəfə qalsın, hətta elmi xalqı aldatmaq və başqalarını əyri yola çəkmək xatirinə öyrənənlər də vardır.
Elm dalınca gedən insan diqqət edib hansı niyyətlə bu yola qədəm qoyduğunu özü üçün aydınlaşdırmalıdır. Bəlkə, Allah eləməmiş, qəlbində şeytani niyyətlər baş qaldırıb və «Hüccətül-islam», «Ayətullah», «filosof», «alim» və s. kimi ad-san qazanmağın dalınca gedir?!
Şöhrət xatirinə elmin zəhmətinə qatlaşanlar, bəlkə də, elə fikirləşirlər ki, xalq arasında məşhur olub tanınan adamlar, Allah yanında da əziz tutulurlar. Bu batil bir fikirdir. Məgər camaat arasında şöhrət qazanmış adam öz ilahi təkliflərinə əməl etmişdir ki, Allah yanında da əziz olsun və səadətə çatsın? Düzdür, onun xalq arasında hörməti, ad-sanı vardır. Lakin Allah yanında hər kəsdən daha başaşağı və üzüqaradır. Çünki insanın üstünlük me᾿yarı onun elmi, əməli və təqvası vasitəsilə ölçülür. Şərt budur ki, insan Allah yanında hörmətli və izzətli olsun, xalq arasında yox.