Xanımınızın gizli istedadlarının çiçəklənməsi üçün ona kömək edin.
1. Qadınlar istəmirlər ki, çağırılmamış qonaqları olsun. Ona görə də əgər evinizə qəflətən qonaq gəlsə, xanımınızın hazırlaşması üçün ona kifayət qədər vaxt verin.
2. Hər gün xanmınızdan soruşun: - Sənin üçün nə edə bilərəm?
3. Əgər xanımınız başının ağrıdığını desə, onun çarəsi ev deyil, bir təbəssümdür.
4. Bir xəta etsəniz, ondan peşman olduğunuzu bildirin.
5. Qəmər əqrəbdə olduğu zaman (xanımınız mısmırıqlı olduqda, evdə dava-dalaş, söz-söhbət olduqda) təbəssümü unutmayın.
6. Təlaşlarına görə xanımınıza təşəkkür edin. Bunun nə qədər təsirli olduğunu görəcəksiniz.
7. Belə düşünün ki, xanımınız dünyada ən gözəl qadın, övladlarınız üçün ən yaxşı ana, ananız üçün ən yaxşı gəlindir. Belə düşünsəniz o, elə olacaq.
8. Xəsis olmayın, xanımınızı tərifləməkdə əliaçıq olun. Amma yadınızda olsun ki, çox onu tərifləməkdə həddi aşmayasız.
9. Xanımınızın gizli istedadlarının çiçəklənməsi üçün ona kömək edin.
10. Qiymətli hədiyyələrin əvəzinə, vaxtınızı onun ixtiyarında qoyun və ona qarşı diqqətli olduğunuzu göstərin.
11. Heç vaxt xanımınızla dava etməyin. Bunun əvəzində fikrinizdən keçəni kağız üzərinə yazın və bir şaxə gül ilə birlikdə ona təqdim edin.