Şrift ölçüsü:
A+
A
A-
Kr
04 İyun 2016

Allahın həzrət Musaya (ə) 4 sifarişi

Günahlarının bağışlandığını bilməyincə, başqalarının eyblərinə baş qoşma
Həzrət Əmirəlmömin Əli (ə) buyurdu: Mütəal Allah həzrət Musaya (ə) vəhy edərək buyurdu ki, ey Musa, dörd şey barəsində Mənim tapşırığımı yadında saxla!

1. Günahlarının bağışlandığını bilməyincə, başqalarının eyblərinə baş qoşma.

2. Nə qədər ki, Allahın xəzinələrinin boşaldığını bilmirsən, ruzidən ötrü qəm yemə.

3. Nə qədər ki, Mənim hakimiyyət və səltənətimin aradan getdiyini bilmirsən, başqasına ümid bağlama.

4. Nə qədər ki, şeytanın öldüyünü görməmisən, məkrindən amanda qalma.

Qaynaq:
“Zibdətul-əhadis”, c. 1, s. 44-45.


7520 بازدید
در حال ارسال اطلاعات...