Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Fevral 2014

Modern dəccallar

Bütün hadisələrin mənfi və müsbət tərəfləri mövcuddur. Bıçaqı misal çəkirlər. Bıçaqla həm günahsız insan öldürmək olar, həm də faydalı bir iş görmək. İrfan da belədir. İrfanın İslamda qəbul olunmuş forması və rədd edilən minlərlə oxşarı mövcuddur. Müqəddəslik, kəşf-kəramət, məna aləmini seyr bəzən insanlarda xəstəlik həddində marağa çevrilir. Bu zaman yeni və dindən, həqiqi irfandan uzaq cərəyanlar, qruplar yaranır.

Ekankar irfanı yeni irfan məktəblərindəndir. Bu məktəb ABŞ-da yaranıb. Mənəvi yönlü cərəyanlar arasında Ekankar bəlkə də yeganə dini rəngli məktəbdir. Bu məktəb İranda təşkilatlanmış formada fəaliyyətə başlayıb.

Ekankar (Eckankar) dedikdə ruhun bədənə daxil olub çıxması nəzərdə tutulur. Təriqətin əsası bundan ibarətdir ki, ruh bədəndən çıxarılmalıdır. Firqə başçıları həmin məqsədə çatmaq üçün müxtəlif yollar təklif edirlər. Ruhu bədəndən çıxarmaq üçün hətta narkotik maddələrdən istifadə edir, spirtli içkilər içir, bəzən yoqa kimi məktəblərə əl atırlar.

Yeni irfan məktəbini yaradan Paul Tuiçeldir (Paul Twitchell). Bu şəxs Kentukkidə anadan olub. O Amerika dəniz qüvvələrində xidmət edib. 1965-ci ildə irfan yolunu tutub. O öz irfanını Ek irfanı adlandırıb. O bu ideyanı tibetli Rebazar Tabarizin təlimlərindən götürüb.

Paul Tuiçel özünü peyğəmbər adlandırırdı. Özündən sonra üçün firqəyə Harold Klempi (Harold Klemp) təyin edib. O da Amerika dəniz qüvvələrində xidmət etmiş şəxsdir. Paul Tuiçel Haroldu gizli şagird kimi tərbiyət edirdi. Bu gün Ekankar təriqətinin mürşidi bu şəxs sayılır. Firqənin müqəddəs kitabı Ki Suqmat adlanır. Firqə üzvləri iddia edirlər ki, yuxu vasitəsilə özlərini Allahın həmkarı məqamına çatdırırlar. Bu günə qədər firqəyə aid 60 kitab fars dilinə tərcümə edilib.

Firqənin şüarı ruhun bədəni tərk edib həqiqi behiştə çatmasıdır. Bu məqsədə görə Ekankar firqəsini ruhun səfəri firqəsi adlandırırlar.

Bu firqə təfəkkürünün kökləri induizm təlimlərində gözə çarpır. Bunun əsasını tənasüx, ölənin başqa növdə həyata qayıdışı təşkil edir. Firqə üzvləri yalnız behiştdən danışır, Allaha inanmır. Bu məktəbdə qiyamətə də yer verilməyib. Qiyaməti kilsənin ixtirası sayırlar. İkonkar məktəbində işıq və səs əsas elementlərdir. Ruhun bədəni tərk edib geri qayıtmasında onların rolu var.

Məktəbə ünvanlanan əsas irad ruhun səfəri məsələsidir. Bu təlimdə ruhun səfərində heç bir məqsəd yoxdur. Səfər özü son məqsəd sayılır. Hansı ki ruhun bədəndən çıxması məqsəd ola bilməz. Bu özü seyr-sülukda bir mərhələ ola bilər. Son məqsəd isə bütün ilahi təlimlərdə Allaha çatmaqdır. Ekankar firqəsi bu məsələdə ciddi bir boşluqla üzləşib.

Şeytanpərəstliyin neçə min il tarixi var. Bu baxış xeyir və şər tanrılara etiqad üzərində qurulub. Onun nümunələrinə zərdüştlikdə, qədim Misirdə, Mesopotamiyada rast gəlmək mümkündür. Amma rəsmi olaraq ilk dəfə 1565-ci ildə Tomas Hardinq "Bir kitabın inkarı" kitabını yazmaqla şeytanpərəstliyi Martin Lüterə qarşı qoyub. Həmin vaxtdan şeytanpərəstlik sözü yayılıb. 17, 18 əsrlərdə bir sıra qərb ölkələrində şeytanpərəstlik dinə qarşı səhnəyə gəlib. Şeytanpərəstliyin əsas düşməni İbrahimi, yəni tövhid dinləridir. 20 əsrin əvvəllərində cahil və zəif imanlı tövrat ardıcılları, protestantlar məxfi şəkildə şeytanpərəstliyə qatılıb. Günaha yaşıl işıq, qətl, cinsi təcavüz, əxlaqi dəyərlərin inkarı şeytanpərəstliyin əsas ayinləridir. Onlar cazibəli və çeşidli musiqilərdən istifadə etməklə cazibəli fəza yaradır, cahil insanları öz ətraflarına toplayırlar. 1960-cı ilə Amerikada şeytanpərəstliyin yeni dövrünün başlanğıcı sayılır. Belə ki həmin vaxt ABŞ-da xristian şeytanpərəstliyi rəsmi fəaliyyətə başlayıb.

Bu cərəyan yəhudilər və framasonlar tərəfindən himayə olunub. 19-cu əsrin əvvəllərində, kapitalizm və Britaniya dəbdəbəçiliyinin çiçəkləndiyi dövürdə cadugərlik və şeytanpərəstlik də gündəmə gəlib. Londonda Ser Frensis Daşo Cəhənnəm Odu klubu adı altında təşkilat yaradıb. Bu klubun fəaliyyətləri sayəsində şeytanpərəstlər Amerikaya nüfuz edib. Şeytanpərəstliyi himayə edənlərin əksəri qaçaqmalçılar, narokmafiya, qumarxana başçıları, fahişəxana şəbəkələrinin sahibləri olub. Bu gün dünyada şərab sənayesinin baronu sayılan Samuel Bernfmen mühacir bir yəhudidir. Dünya qumarxanalarının imperatoru adlandırılan Roçild də bu konmandadandır. Müasir şeytanpərəstliyin banisi Antuan Şezander Lavi sayılır. Bu yəhudi şeytan kilsəsi yaratmışdır.

Şeytanpərəstlərin əksəri təbiət və əxlaq qanunlarını ayaq altına alıb yəhudilik, məsihilik, İslam kimi tövhid dinlərini inkar edirlər. Onların əqidələri daha çox materializmə uyğundur. Yəni bu məktəblər hər şeyin mərkəzində insanı görüblər. Bəziləri humanizmi də bu firqənin məhsulu sayır. Şeytanpərəstlər arasında şeytanı allah sayıb ona pərəstiş edənlər var.

Şeytanpərəstlər iki qrupa bölünür: Müasir şeytanpərəstlər və qədim şeytanpərəstlər.



Müsair şeytanpərəstləri fəlsəfi şeytanpərəstlər də adlandırırlar. Bu qolun banisi Antuan Şezandor Lavi (Anton Szandor LaVey) sayılır. "Şeytani incil" (The Satanic Bible) kitabını o yazıb. Lavi 1930-cu ildə Çikaqoda anadan olub, 1950-ci ildə Amerika polisində çalışıb. Birinci izdivacdan Klara Lavi adlı qızı var. Məşuqəsindən Zena Lavi adlı qızı dünyaya gəlib. Bu qız məşhur pianoçu kimi tanınır. Yeni ayinin tələbi olaraq saçını qırxan Antuan 1966-cı ildə şeytan kilsəsini yaradıb. Özünün kilsənin kahini kimi təqdim edən bu şəxs 1969-cu ildə "Şeytani incil" kitabında şeytan kilsəsinin əsasını qoyur. O şeytanı yer üzünün hakimi sayır. Antuan 1997-ci ildə vərəmdən ölüb, cəsədi şeytanpərəstlər ayinlərinə əsasən yandırılıb, külü övladları arasında irs bölünüb. Bu külü övladları üçün şeytanpərəstlik iksiri sayırlar.

Hazırda şeytan kilsəsinə Piter Qilmura rəhbərlik edir. Antuan Lavi Fridrix Nitsşenin, Çarlz Darvinin və bir çox başqa ideoloqların təsiri altında olub. O kilsənin Allah axtarışını məsxərəyə qoyub. Onların nəzərində şeytan tanrıdır və ona pərəstiş edilir.

Qədim şeytanpərəstlik də müasir şeytanpərəstliyə bənzəyir. Fərq budur ki, qədim şeytanpərəstlikdə şeytan tərəfindən tanınmış tanrılar qəbul edilməlidir. Bu şeytanlar təsəvvürdə mövcud ola bilər. Şeytanpərəstlərin yerdə qalan hissəsi iddia edir ki, onlar Allaha pərəstiş edirlər. Bəziləri də incildə süquta uğramış şeytana ibadət edir. Şeytanpərəstlərin müştərək nöqtəsi öz rəyinə əsaslanmaqdır.

Şeytanpərəstlərin başqa bir qrupu şərpərəst adlanır. Kilsənin tarixi əqidə təftişi dövründə belə qrup yaranıb. Bu qrup üzvləri yeni doğulmuş körpələri yeməkdə, bakirə qızlara təcavüzdən sonra onları qurban verməkdə, xristianlıqda nifrətdə ittiham olunub. Bu qrup arasında əxlaqi pozğunluq baş alıb gedir. Bu yola qatılan insan üçün heç bir qurtuluş görünmədiyindən şeytanpərəst dünyasını həm də zülmət dünyası adlandırırlar. Şeytanpərəst ayinlərindən biri də intihardır. Onlar intiharı həqiqətə çatmaq yolu hesab edirlər.

Çoxları bu əqidədədir ki, şeytanpərəstliyin əsasını yəhudi dini mətnləri təşkil edir. Çünki yəhudi mətnlərində şeytan alçaq varlıq yox, insanın imtahana çəkilməsi üçün yaradılmış mələk sayılır. Şeytanpərstlərin simvolları arasında İsrailin bayrağı da yer alıb. Dərin araşdırmalardan sonra əmin oluruq ki, şeytanpərəstliyin yaranıb yayılmasında sionist rejimin mühüm rolu var. Əvvəla, şeytanpərəstlər sionist rejimlə sıx rabitədədir. İrandakı şeytanpərəstlərin əsas maliyyə mənbəyi MOSSAD-dır. Şeytanpərəstliyin yayılmasında iki kəşfiyyat idarəsinin, SİA və MOSSAD-ın fəaliyyətləri açıq görünür. Bundan əlavə, sionist rejim şeytanpərəst firqə üzvlərində kəşfiyyat məqsədi ilə istifadə edir. Şeytanpərəstlər musiqi fasitəsilə bütün dünyaya nüfuz edir. Əsasən metallist rok qrupları şeytanpərəstliyi təbliğ edir.

1981-ci ildə Lars Elric adlı musiqiçi "Huy metal" qrupunu yaradıb. O bu qrup vasitəsilə çox insanları təsir altına salıb. Zahirdə gizli qrup kimi tanınan belə qruplar ABŞ kəşfiyyat idarəsi tərəfindən idarə olunur. Bu musiqilərin mahiyyəti qaranlığa, zorakılığa, cinsi təcavüzə, əxlaqsızlığa qayıdışdır. Metallistlər homoseksualizmi müdafiə edir. Amerikalı məşhur homoseksual Kuyn öləndə metallistlər onun şərəfinə albom buraxıb.

Metallistləri səhnədə ağzı qanlı, ikrah yaradan şeylər yeyən vəziyyətdə görürük. Brayn Haqq Varner (Marlin Menson) cahil gənclərin hissiyyatından sui-istifadə etməklə məhşurlaşıb böyük sərvət əldə edib. 1997-ci ildə bu adam ən çox gündəmdə olan adam kimi yadda qalıb.

Şeytanpərəstlər öz məqsədlərinə çatmaq üçün bütün imkanlardan faydalanıb. Onların əsas alətlərindən, vasitələrindən biri də musiqidir. Metallist musiqi gənclər üçün çox cazibəli bir fəza yaradır və bu fəzada oğlanlar və qızlar azad rabitədə olur. Musiqi elə bir vasitədir ki, ondan istifadə böyük xərc tələb etmir və onu yaymaq çox asandır. Musiqi ailəyə, təhsil ocaqlarına, idarə və müəssisələrə asanlıqla yol tapır. Avtomobildə, kompyuterdə, telefonda musiqisiz keçinmək çətindir.

Şeytanpərəstliyin əsas səbəblərindən biri İslamdır. Bu müstəvidə İran İslam Respublikası ilkin hədəflərdən sayıla bilər. Hazırda şeytanpərəstlər İranda bir neçə istiqamətdə fəaliyyət göstərir: Əsas fəaliyyət fəzası internetdir. Veb bloqlar, sosial şəbəkələr, tanışlıq saytları əsas fəaliyyət istiqamətini təşkil edir. Ticarət şəbəkəsində şeytanpərəstlik simvollarının, geyimlərdə etiketlərin, bəzək əşyalarında simvolların yayılması da fəaliyyət istiqamətlərindəndir. Başqa bir istiqamət metallist musiqinin yayılmasıdır. Babək Xacəpur, Jano Bağumyan kimi şəxslər "Raman", "Osd" metallist qruplarının əsas təbliğatçılarıdır. Şeytanpərəstlərin fəaliyyətlərində gecə məclislərinin öz yeri var. Gecə qonaqlıqlarında adətən spirtli içkilər, narkotika azad olur, oğlanlar və qızlar heç bir məhdudiyyətsiz ünsiyyətə qatılırlar. Belə qonaqlıqlara qatılan gənclər işin mahiyyətindən çox vaxt xəbərsiz olurlar. Onlar məclislərə adətən internet vasitəsilə dəvət edilir. İştirakçıların çox vaxt şeytanpərəstlik barədə məlumatı olmur.

Şeytanpərəstliyi tanımaq, onun fəaliyyətlərini izləmək üçün şeytanpərəstlik simvolları ilə tanışlıq zəruridir. Gənclər çox təəssüf ki, mahiyyətinə varmadan şeytanpərəstlik simvolları ilə bəzənmiş geyimlərdən istifadə edir.

Məşhur beşbucaqlı (Invert Pentagram) şeytanpərəstliyin əsas simvollarındandır. Bu əlamətdən məxfi kabala mərasimlərində şeytani ruhları tutmaq üçün istifadə olunur. Beşbucaqlının müxtəlif formaları var. Bəzi forması şeytanpərəstlərə, bəzi forması kafirlərə məxsusdur. Bəzən də beşbucaqlının ətrafına dairə çəkilir.

Başqa bir əlamət bafomet (Baphomet) əjdahasıdır. Adətən bu simvolları cəvahirat, bəzək əşyaları üzərinə işləyirlər. Əlamətlərdən biri də 666 rəqəmidir. Öz ayinlərində şeytanpərəstlər bu rəqəmi təkrarlamaqla hikmətə çatdıqlarını düşünürlər. Qırılmış xaç (Swastika or Sun Wheel) da şeytanpərəstlik simvoludur.

Qədim əlamətlərdən biri Hitlerin hakimiyyəti dövründə istifadə edilib. Qədim Budda, Yunan kitabələrində bu əlamətlə rastlaşmaq olar. Günəşə sitayiş ayinlərində də həmin əlamət var. Bu əlamət günəşin səmada hərəkət yolunu göstərir.

Hər tərəfə baxan göz (Upside Down Cross) şeytanpərəstlik əlamətidir. Şeytanpərəstlər bu fikirdədirlər ki, həmin göz Lütisferin gözüdür. Bu göz daim hərəkətdədir. Öncəgörmələrdə həmin əlamətdən istifadə olunur. Bütün cadular, nifrinlər, ruha nəzarət həmin əlamətlə yanaşıdır. Amerikanın pul vahidi üzərində də həmin işarə var. Bu yeni dünya nizamının əlaməti sayılır.

Tərsinə çevrilmiş xaç (Upside Down Cross) başqa bir əlamətdir və bu əlamətdə həzrət İsaya itehza var. Şeytanpərəstlərin çox istifadə etdiyi əşya boyunbağdıdır. Rok musiqiçilərinin boynunda belə xaç işarələri boyunbağlar görmək olar.

Şeytanpərəstliyin başqa bir simvolu keçi başıdır (Goat Head). Bütün bunlar həzrət Məsihin inkarı mesajını verir.

Anarxiya (Anarchy) əlaməti şeytanpərəstlik əlamətlərindəndir. Bu əlamət bu qanunların inkarını elan edir. Hər şeyi məhv etmək, hər şeyi dağıtmaq şeytanpərəstliyin şüarıdır.

Başqa bir əlamət ədalət üzərində balta (Anti Justic) simvoludur. Bu əlamət ədaləti inkar edir. Feministlər qadınların hakimiyyətini ehtiva edən iki balta simvolundan istifadə edir.



Modern bidətlərdən biri də Say Baba irfanıdır. Hindistanda bu adla iki şəxs tanınır. Biri 1835-ci ildə anadan olub, 1918-ci ildə dünyasını dəyişib. Say Baba öz təlimlərini hindu və müsəlman kitablarından götürmüş dərvişdir. Belə şaiyə gəzir ki, Say Baba xəstələrə şəfa verir, heyvanlarla danışır.

İkinci Say Baba (Sri Sathya Sai Baba) hind irfanından, xüsusilə Buddadan istifadə edən bir şəxsdir. O 1926-cı ildə Hindistanın cənubunda doğulub. Onun İranda da ardıcılları var. Yerdən aralı havada dayanmaq, qəribə hərəkətlər bu şəxsə aid edilir. Onun hərəkətlərini möcüzə sayırlar. Hansı ki bu hərəkətlər cadugərlikdən başqa bir şey deyil. Bu yaxınlarda xarici şəbəkələrdən biri onunla görüşdə gizli kameradan istifadə edib və bu kamera Say Babanın hoqqabazlığını üzə çıxarıb. Yaratmaq, əslində allahlıq iddiasında olan bu şəxs həmin şəbəkədə rüsvay edilib.

Bu gün Say Baba təlimləri internet fəzasında da yer alıb. Həmişə din düşmənlərinin hədəfi olan İranda da onun təbliğatı var. Hissiyyatlı, amma məlumatsız gəncləri inandırırlar ki, Say Baba ilə görüş mümkündür. Hazırda Say Babanın Hindistandakı evi qarşısında belə cahil gənclər növbəyə dayanır. Bu şəxstin əxlaqsız hərəkətlərindən dəfələrlə şikayət olunsa da Hindistan dövləti heç bir tədbir görmür. Belə bir fikir var ki, Hindistanda turizmin genişlənməsi məqsədi ilə belə şəxslərə meydan verilir.

P.S. Məqalədə adı çəkilənlərdən bəziləri artıq həyatda yoxdur.


Riza Əxəvi

Nur-az.com


7860 بازدید
در حال ارسال اطلاعات...