Şrift ölçüsü:
A+
A
A-
Kr
20 İyun 2016

Əhli-beytdən (ə) uzaqlaşmağın acı sonu

Düzgün yolu ayırd etmək Əhli-beytin (ə) vasitəsi ilədir.
Əhli-beytin (ə) qapısından uzaqlaşanlar “əql”in yerinə “qiyas”ı, “itrət”in yerinə “icma”nı gətirdilər. Onların allahı öz nəfsləridir və deyirlər ki, biz özümüz müəyyən edirik. Halbuki, müsəlman və müvəhhid insan mənbənin yalnız ilahi vəhyin olmasını qəbul edir.
Əhli-beytin (ə) qapısından uzaqlaşanların mənbədən əlləri çıxdığı üçün qiyas və icmaya üz tutublar. Çünki daha başqa çarələri yoxdur. İcma və birləşmələri nə üçün oldu və nəticəsi nə oldu? Həzrət Əmirəlmömin (ə) Siddiqeyi-Kübranın (s.ə) mübarək vücudunu dəfn edəndə Peyğəmbərə (s) xitab edərək dedi: "Çox tezliklə qızın sənə, ümmətinin o məzluma zülm etməkdə birləşmələrindən (onun haqqını tanımamalarından, qabırğasını sındırmalarından, bətnindəki uşağı salmalarından və Fədəyini qəsb etmələrindən...) xəbər verəcək”. (“Nəhcül-bəlağə”, xütbəə 202.)
İcma edərək həzrət Zəhranı (s.ə) döydülər. Nəhcül-bəlağədə bu vardır. Buyurdu: “Biz neçə nəfər idik və yalnız məzlum idik”.
Düzgün yolu ayırd etmək Əhli-beytin (ə) vasitəsi ilədir. Biz əql və nəql yolu ilə bunu seçirik. Ona görə də Əhli-beytə (ə) deyirik: “Sizsiniz doğru yol”. (“Camieyi-kəbirə” duası.)

Həzrət Ayətullah əl-üzma Cavadi Amuli, xaric fiqh dərsi, 18/1/2016.


5221 بازدید
در حال ارسال اطلاعات...