Şrift ölçüsü:
A+
A
A-
Kr
23 İyun 2016

Kiçik günahlara çalmasan düyün, Artıb böyük günah olası bir gün

Altmış illik ömrün yarısı yuxu, Qalan yarısının yarısı qəflət.
HƏZRƏT ƏLİNİN (Ə) NƏZM ƏSƏRLƏRİNDƏN

Ya Rəbb həmdü-səna layiq bir sənə,
Asanda, çətində qaçdım kölgənə

Əgər çətinliyə, müşkülə düşsən,
Qarşıda açılış olası hökmən.

Ümidini haqdan üzmə heç zaman,
Ümidsizlik küfrə bərabər, insan!

Altmış illik ömrün yarısı yuxu,
Qalan yarısının yarısı qəflət.

Üçdə bir xəyal, ruzi qayğısı,
Demək, ömrə sevgi aşkar cəhalət.

Nəfsi tox insandan ucası harda?
Bir haqqı düşünər qalanda darda.

Dünyaya «get» deyib, üz tutan dinə
Rahatlıq libası geymiş əyninə

Kiçik günahlara çalmasan düyün,
Artıb böyük günah olası bir gün.


5127 بازدید
در حال ارسال اطلاعات...