Şrift ölçüsü:
A+
A
A-
Kr
25 İyun 2016

Ən üstün yaranmış Əhli-Beytdir (ə)

Əhli-beytin iman və təqvası mələkləri, cin və insi geridə qoyur
Haqq-ədalət mizanında insanın dəyər ölçüsü onun imanı, mərifəti və təqvası olduğundan Əhli-beyt (ə) ağıl və düşüncə sahibi olan bütün varlıqlardan üstündür. Əhli-beytin iman və təqvası mələkləri, cin və insi geridə qoyur. Əhli-beyt (ə) mərifət zirvəsindədir. Onlar keçmişdən də, gələcəkdən də xəbərdardırlar. Batin də, zahir də onlara gizli deyil. Onların imamət və vilayətinin qəbulu hamı üçün vacibdir. Şəxsiyyətindən asılı olmayaraq, hər bir insan yalnız onlara iqtida sayəsində nicat tapa bilər. Əhli-beytdən (ə) üz döndərənlər qəlbikor və düşüncəsiz varlıq səviyyəsində qalasıdır. (“Fatir”, 19; “Əraf”, 179) Belələri zahirən diri olsa da, elmli və mərifətli olduğunu iddia etsə də faydasızdır. Cahilin alimə, bilməyənin bilənə, ixtisas sahibi olmayanın mütəxəssisə, yolunu azanın bələdçiyə itaətini ağıl hökm edir. İmama iqtida da bu qəbildəndir və sağlam əql belə bir itaəti rədd etmir.
Şübhəsiz, insan hansı şəraitdə, harada qərar tutmasından asılı olmayaraq, Əhli-beyti (ə) tanıdığı halda onlara iqtida etməsə, dini onlardan öyrənməsə, onların göstərdiyi yolda qədəm atmasa, Quranın təfsiri olan səmərəli maarifindən faydalanmasa, qəti göstərişlərinə əməl etməsə, hətta bütün ömrünü cihada sərf etsə də, İslam peyğəmbərinin (s) buyuruğuna əsasən, fayda əldə etməyəcək. Beləcə, əbədi bədbəxtliyə düçar olub, azğınlıqda qalacaq! Bəli, yalnız Qurani-məcidə Əhli-beytə (ə) sarılanlar azğınlıqdan qorunacaq, öz təlaşlarında fayda götürəcək, ömrünü zaya çıxarmayacaq. Müxtəlif firqələrə məxsus hədislərin nəql etdiyi kimi həzrət Peyğəmbər (s) buyurur: “Aranızda elə bir əmanət qoyuram ki, ona sarılsanız heç vaxt yolunuzu azmassınız: onlardan biri o birindən böyükdür: Allah tərəfindən yerə doğru çəkilmiş ip olan Allahın kitabı və mənim Əhli-beytim (ə). Bu iki şey Kövsər hovuzu kənarında mənə çatanadək bir-birindən ayrılmaz. Diqqətlə baxın ki, mən olmayan vaxt bu iki dəyərli şeyə münasibətdə mənim haqqımı necə əda edirsiniz.” (“Sunəne-Termezi”, 5-663; “Biharul-ənvar”, 23-118, bab 7, hədis 36)


4654 بازدید
در حال ارسال اطلاعات...