Bir ərəb həzrət imam Əlinin (ə) hüzuruna gəlib dedi: “Ey Əmirəlmöminin! Üç xəstəliyə düçar olmuşam: bədən ağrıları, kasıbçılıq və avamlıq”. Həzrət (ə) buyurdu: “Ey ərəb qardaş! Bədəninin xəstəliyindən ötrü gərək təbibə müraciət edəsən, kasıbçılığından ötrü isə kərəm sahibinə. Cəhalət xəstəliyindən ötrü də ki, gərək alimə müraciət edəsən”. Dedi: “Ey Əmirəlmöminin, sən həm təbibsən, həm kərimsən, həm alim”.
Həzrət (ə) göstəriş verdi ki, beytül-maldan ona üç min dirhəm pul versinlər və buyurdu: “Min dirhəmi bədənin müalicəsi üçün, min dirhəmi fəqirliyindən ötrü və min dirhəmi də savadlanmağından ötrü xərclə”.
Qaynaq: Şəiri, “Cameul-əxbar”, səh.138.