Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Mart 2014

Həbsxana qərbdən gəlib

Dəyərlər kimi təsisatlar və qurumların da vətəni var. İslam qanunlarının icrası İran İslam Respublikasında necə icra olunur? Həbsxana şəraiti necədir? İran Ədliyyə nazirliyinin rəsmisi (Qeşm prokuroru) Möhsin Dilavəri İSNA agentliyi ilə söhbətində deyib:

Həbsxana qərbdən gəlib, İslam cəza sistemində həbsxana anlayışı yoxdur. Həbsxananın xərcləri büdcədən ödənilir. Quran və İslam fiqhinə baxanda görürük ki, çox az məqamlarda həbs ifadəsi var. Həbsxana mahiyyətcə xəstəxana funksiyası daşıyır, ictima xəstə bu xəstəxanaya daxil olduqdan sonra müalicə olunub cəmiyyətə qaytarılmalıdır. Bəzən həbsxanada tərbiyəvi tədbrilərin həyata keçirilməsi üçün lazımi imkan olmur. Bununla belə həbs ictimai xəstəliklərin müalicəsi üçün nəzərdə tutulub. Əslində cəzanın həbsxanadan başqa yolları var. Sadəcə zaman və məkan məhdudiyyətləri bizi məcbur edib ki, həbsxana cəzasından istifadə edək. İranda həbsxana cəzasının əvəz olunması, dəyişdilirməsi üçün bir çox tədbirlər nəzərdə tutulub. Cərimə ödənməsi, şərti azadlıq bu tədbirlər sırasındadır. Cəza sisteminin əsas prinsiplərindən biri cinayətkarın bir də cinayət yoluna qayıtmamasıdır. Məhbus elə bir ruhiyyəyə gəlməməlidir ki, hər şeyi itirdiyini düşünüb həbsdən çıxanda əvvəlki yola qayıtsın. Həbsxanaların sayını artırmaq cinayətkarlıqla mübarizədə öndə dayanmır. Hər bir cinayətin öz xarakteri var və onun xarakterinə uyğun cəza verilməlidir. Biz bunu nəzərə alaraq cəza sistemində islahatlar aparırıq.





Bizim cəmiyyətimizdə ailə başçısı həbsə düşmüş və cinayətdə heç bir rolu olmayan ailələri himayə edən xeyriyyəçilər var. İranda məhbusları himayə təşkilatı var və bu təşkilat məhbus ailələrinin qayğısına qalır.

Belə təşkilatları dövlət maliyyələşdirmir. Onların əsas maliyyə mənbələri xeyriyyəçilərdir. Qeşm azad məntəqədir, burada xeyriyyə təşkilatlarının fəaliyyətləri başqa məntəqələrdən fərqlidir. Burada xeyriyyəçilərin məhbusları himayəsinə daha ehtiyac var.

Azad məntəqələrdə adətən turizmi genişləndirməklə maliyyə imkanlarını artırırlar və təbii ki, bu imkanlardan məhbus ailələrinin himayəsində də istifadə olunur.

Məhbusları himayə təşkilatının rəhbəri Əbdülbasid Rizvani deyir:

Biz dövlət məsulları və xeyriyyəçilərin məhbus ailələrinin himayəsinə diqqətini təqdir edirik. Təbii ki, ailələr məhbusların cinayətinə şərik deyil. Onların himayəsi böyük dəyərə malikdir və Allah insanlara həmin fəziləti əldə etmək fürsəti verib.

Əksər məhbus ailələri, məhbusların həyat yoldaşları və övladları heç bir günahı olmadan zərbə alanlardır. Onların himayəsinə böyük ehtiyac var.

Bəzən həbslər ailələrin dağılmasına aparır. Məhbus ailələrinin himayəsi ailə ocağını qoruyur, eyni zamanda ailədə növbəti dəfə cinayətə yol verilməsinin qarşısını alır.

İranın Azad Qeşm zonasında xeyriyyəçilər məhbusların şəraitini yaxşılaşdırmaq üçün 5 milyard riyal pul ayırıb. Məhbus ailələrinin məhbuslarla görüşü, onların gediş-gəlişini asanlaşdırmaq üçün tədbirlər planı nəzərdə tutulur.

Nur-az/isna


6550 بازدید
در حال ارسال اطلاعات...