
Cənab Rəhbər Ayətullah Xamenei İmam Sadiqin (ə) dövründən danışarkən buyurur:
Əməvi hakimlərinin zülm və istibdadından xalqın başına şimşək kimi enən yoxsulluq, müharibə, xəstəliyin üzücü fəzasında fəzilət, təqva, əxlaq, mənəviyyat nihalının cücərməsi mümkünsüz görünürdü.
Ruhanilər, hədisçilər, təfsirçilər məzlum xalqa arxa olmaq əvəzinə bəzən hakimlərdən də pis problemlər yaradırdılar. Çoz məşhur alimlər hakim və əmirlərin əlində oyuncaq olmuşdu.
Belə bir qaranlıq, sıxıntılı, bəlalı dövrdə İmam Sadiq (ə) ilahi əmanət yükünü çiyninə aldı...
Vilayet.info