Ər-arvad bir-birlərinin abırlarını qorumalıdır...
Ailə həyatında qadın və kişi bir-birlərinin sirrinin məhrəmi və qoruyucusu olmalıdır. Qurani-kərimin “Bəqərə” surəsində buyurulur:
“Onlar (qadınlar) sizin, siz də onların libasısınız”. (“Bəqərə” surəsi, ayə 187.)
Ər-arvad bir-birlərinin abırlarını qorumalıdır, öz aralarında olan sirləri hətta, ata-analarına da açmamalıdır. Libas insanın abrını qoruduğu, onu isti və soyuqdan saxladığı kimi ər-arvad da bir-birlərini zamanın isti-soyuğundan qorumalıdır.
Bu məsələ səbəb olmuşdur ki, Zati Əqdəsi İlahi həyatı sevgi və məhəbbət əsasında yaratsın. Ailələri bu prinsipə uyğun yaşayan camiənin fərdləri də bu ailədən camiəyə gələrsə, camiə ağıllı və məhəbbətli bir camiəyə çevriləcək. Hamısı ağıl və hamısı məhəbbət ailəsindən gəldiyi üçün daha belə bir camiədə nə fəsad olacaq, nə mənimsəmə, nə təhlükəsizliyin əksi, nə də əmanətə xəyanət.
Ayətullah əl-üzma Cavadi Amuli