Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Mart 2014

Şəhid anasının səbri - Foto

30 il intizardan sonra ana öz oğluna qovuşur. Bu qovuşma, adi qovuşma ilə fərqlidir. Bu dəfə ana övladının tabutunu ağuşuna alır.
Ana oğlunun meyitini gördükdən sonra yavaş-yavaş sevinc göz yaşları axıdır. Əllərini oğlunun meyitinə elə dolandırıb ki, elə bil bir də övladını ağuşuna almaq istəyirdi, amma olmurdu. Ananın səbrini tam gözəlliklə hiss etmək olurdu.
Təzə tapılmış şəhid, Əhməd Əfşarın tabutunun kənarında, onun anası Əşrət Sadat Səfidari ilə söhbətə başlayırıq.
Dörd övladım var, üç oğlan və bir qız. Şəhid olan Əhməd, ikinci oğlum idi. Övladlarım kiçik olanda, ataları dünyasını dəyişib. Uşaqları çox çətinliklə böyütmüşəm. Baxmayaraq ki, uşaqların atası olmayıb, amma Allahın köməkliyi ilə yaxşı tərbiyə alıblar.



Əhməd məktəbdə həmişə əlaçı olub. Məktəb dərslərindən əlavə Şəhid Ustad Mütəhhərinin də kitablarını mütaliə edərdi. Həmin mütaliələr onun agah olmasına səbəb olub. İnqilab vaxtı yeniyetmə olmasına baxmayaraq, ayrı inqilabçılar kimi o da İmam Xomeyninin (r) elanlarını yayırdı və İslam İnqilabının qələbəsi üçün əlindən gələni edirdi.
İraq, ABŞ-ın əmrilə İran İslam Respublikası ilə müharibəyə başladıqdan sonra, (şəmsi) 1361-ci ildə cəbhəyə yola düşür. İki ay cəbhədə olur və üzündən yaralandıqdan sonra evə qayıdır. Evdə olduğu müddətdə də əlindən gələni əsirgəmirdi. İnstituta girmək üçün imtahan verir və Tehran institutunda mühəndislik kursuna qəbul olur, amma deyirdi: “Ana, indi cəbhədə mənə ehtiyac var, mən gərək orada olum, dərsi sonra da oxumaq olar.”
O, 1362-ci ilin bəhmən ayında SEPAH-ın rəsmi işçisi olur.
Bəhmən ayında üç yoldan birini seçməli idi: Təhsilini davam etdirmək, şəhərdə qalmaq və cəbhəyə getmək. Lakin o, ən yaxşı yolu, cəbhəyə getməyi seçir. Mənə də dedi: “Ana, ola bilsin sənə deyələr ki, nə üçün icazə verdin oğlun cəbhəyə getsin. Sən onların cavabında de: O vəzifəsinə əməl etdi.” Əhməd mənim könlümü bu cür aldı.
Oğlum 19 yaşlı idi və onun üçün çoxlu arzularım vardı. Bir dəfə ona dedim: “Evlənmək istəmirsən?” O da təbəssüm edib dedi: “Mən hələlik bu işi səlah bilirəm.” Sonra məni aram etmək üçün dedi: “Ana, cəddinə təvəssül et. Mən onların yolunda müharibəyə gedirəm və yaxşı olar ki, narahat olmayasan. Şəhadət mənim üçün baldan da şirindir.”
O cəbhəyə getdikdən sonra, bizə nə məktub yazırdı və nə də telefon edirdi. Deyirdi: “Məktub yazmamağımın və telefon etməməyimi səbəbi beytul-mala görədir.”
Əhməd ikinci dəfə Malik Əştər taburunun, Məhəmməd Rəsuləllah adına 270-ci ordu sıralarında cəbhəyə getdi və Xeybər əməliyyatında şəhid oldu. Dostlarının dediyinə görə, güllə başından dəyib və vəziyyət elə olub ki, onu geri qaytara bilməyiblər. Elə bu səbəbdən də meyiti 30 il Məcnun adasında qalıb.
Şəhadət xəbərini eşidəndən sonra, gecə-gündüzüm eyni oldu. Həmişə Əhməddən xəbər gözləyirdim. Gecələr də onun dərdindən nalə edirdim. Gərək səbr edəydim, Allahdan istədim ki, mənə kömək olsun, gecə namazı qılırdım, oruc tuturdum və aramlıq tapırdım.
Hər kim cəbhədən gəlsəydi, gedib Əhmədimi ondan soruşardım. Amma heç kim ondan bir xəbər vermirdi. Əhmədin əmiləri də Dokuhe qarnizonuna gedib ondan bir xəbər olub-olmadığını soruşurdular.
Bəzən öz-özümə deyirdim, bəlkə oğlum əsir düşüb. Yeddi il gözlədim ki, əsirlər ölkəmizə qayıtsınlar, Əhməddən xəbər tutmaq üçün qəzetlərə də müraciət edirdim, əsirlərin adları arasında da Əhmədimi axtardım, amma yenə də xəbər olmadı. Beləliklə, mən qaldım və bir də dünya boyda intizar...
Hər vaxt şəhidləri gətirəndə, qarşılamağa gedərdim. Tabutların üstünü oxuyardım ki, bəlkə Əhmədin adını tapam. Onun adını tapmayanda şəhidlərə deyərdim: “Bəs dostunuz nə vaxt qayıdacaq? Onu tək qoyub gəldiniz?”
Bir müddətdən sonra bizə boş bir məzar verdilər. Ora oğlumla söhbət etməyə gedərdim. Beləliklə, bir neçə gecə keçdi. Bir gecə yuxu gördüm ki, mənə deyir: “Ana mən gəlmişəm, daha narahat olma.”
Axır ki, 30 il intizardan sonra oğlum gəldi. Mən hələ meyitini görməmişəm, amma deyirlər bədəninin bütün sümükləri salamatdır. Ayaqqabısının altı da oradadır. Allah şükr olsun ki, oğlum qayıtdı və Allahdan istəyirəm ki, bütün intizarda olan anaların gözünü aydın etsin. Onlar da səbirli olsunlar, mükafatları Allah yanında əmanətdir.




Dilimizə çevirdi: R. Hüseynov
Nur-az.com



5803 بازدید
در حال ارسال اطلاعات...