Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Avqust 2016

Seyid Musəvi Zərabadinin mükaşifəsi

Namaz, oruc və onun kimi əməllər mötəbər yollarla Peyğəmbərdən (s) bizə çatmışdır
Qəzvində imam camaat idim və seyri-sülukla məşğul olurdum. O vaxt mənim üçün mükaşifə halları baş verirdi. Artıq divar mən üçün pərdə deyildi və divarın arxasındakını görə bilirdim.
Bir gün mükaşifə aləmində səs eşitdim. O səs mənə deyirdi: - Bu qədər zahiri əməllər etdiyin bəsdir. Əgər yüksək məqamlara yetişmək istəyirsənsə, daha bu işləri etmə.
Mən dedim: - Namaz, oruc və onun kimi əməllər mötəbər yollarla Peyğəmbərdən (s) bizə çatmışdır. Ona görə də mən bu əməllərdən əl götürə bilmərəm.
Yenidən səs gəldi: - Əgər bu əməllərdən əl çəkməsən bütün bu məqamlar səndən alınacaq.
Mən öz-özümə dedim: - Cəhənnəmə ki, alınsın da.
Elə bunu deyən kimi bütün irfani hallar məndən alındı və adi adamlar kimi oldum. Bundan sonra başa düşdüm ki, qazandığım məqamlar şeytani olmuşdur. Belə qərara aldım ki, bundan sonra şəri göstərişlər, ədəb və sünnələr əsasında seyri-süluk edim.
Bir müddət şəri göstərişlər əsasında irfani əməllərlə məşğul olduqdan sonra məndə elə hallar yarandı ki, qabakı hallar onunla müqayisədə dənizdən bir damla kimi idi.


6671 بازدید
در حال ارسال اطلاعات...