
Həzrət Peyğəmbər (s) buyurur: Yemiş yeməklə orqanizmin meyvəyə olan ehtiyacını ödəyin. Çünki yemiş behişt meyvələrindəndir.
Həzrət (s) yenə buyurur: Yemişdə min bərəkət, min rəhmət qərar verilib. Yemiş xəstəliklərin dərmanıdır.
Həzrət (s) buyurur: Yemişin suyu rəhmətdir, şirinliyi behişt şirinliyidir. Yemiş yeyin ki, meyvəyə olan ehtiyacınız təmin olsun.
Həzrət (s) buyurur: Yeməkdən qabaq yemiş yemək mədəni yuyur, xəstəliklərin qarşısını alır.
Başqa məqamda buyurur: Yemişi tikə-tikə yeməyin. Onu dişinizə çəkin, çünki bərəkətli meyvədir, pakdır, ağızı təmizləyir, qəlbi müqəddəsləşdirir, dişləri ağardır, Allahın razılığına səbəb olur. Onun ətiri ənbərdən, suyu Kövsər çeşməsindən, ləzzəti behişt ləzzətlərindəndir.
Yemiş yemək ibadətdir.