Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Mart 2014

Dənizdən hədiyyə

Bir qadın həzrət Davudun (ə) hüzuruna gəlib dedi: "Ey Allahın peyğəmbəri, sənin Allahın zalımdır ya ədalətli?"
Davud (ə) buyurdu: “Allah-Taala ədalətlidir, heç vaxt zülm etməz.”
Sonra buyurdu: “Nə  baş verib ki, belə sual  verirsən?”
Qadın dedi: “Mən dul bir qadınam və üç qızım var. Əllə libas toxuyuram, dünən toxuduğum şalı parçaların arasına qoyub bazara satmağa aparırdım. İstəyirdim ki, şalı satıb pulu ilə uşaqlara yemək alım. Lakin birdən bir quş gəlib parçanı əlimdən apardı. İndi çox pis vəziyyətə düşmüşəm və uşaqlarıma yemək almağa pulum yoxdur.”
Qadın sözünü qurtarmamış həzrət Davudun (ə) evinin qapısı döyüldü. Həzrət Davud gələnlərə evə girməyə icazə verdi. Bu vaxt on nəfər tacir həzrət Davudun (ə) hüzuruna gəldi və hər bir 100 dinar o həzrətə verib ərz etdilər: Bu pulları ehtiyaclılara verin. Həzrət Davud (ə) onlardan soruşdu: “Sizin birlikdə bu qədər pulu bura gətirməkdə məqsədiniz nədir?”
Ərz etdilər: “Biz gəmiyə minmişdik, birdən tufan qalxdı. Gəmi zədələndiyindən az qalmışdı ki, bataq. Həmin vaxt bir quş gördük ki, qırmızı parçanı bizə tərəf atdı. Parçanı açdıq, arasında toxunmuş bir şal gördük. Toxunmuş şalla gəminin zədələnmiş yerini möhkəm bağladıq və gəmi öz qaydasına düşdü. Sonra tufan da yatdı və biz sahilə çatdıq. Gəmi zədələnəndə hər birimiz 100 dinar nəzr etdik ki, əgər nicat tapsaq sizin xidmətinizə gətirək. Bu pullar sizin ixtiyarınızdadır, hər kimə istəsəniz verin.”
Həzrət Davud (ə) qadına buyurdu: “Sənin Allahın dənizdən sənə hədiyyə göndərir, amma sən Ona zalım deyirsən? Sonra 1000 dinarı qadın verib buyurdu: Bu pulu övladlarının dolanışığı üçün istifadə et, Allah-Taala sizin güzəranıza hamıdan agahdır.”

Dilimizə çevirdi: R. Hüseynov
Nur-az.com



5526 بازدید
در حال ارسال اطلاعات...