Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Sentyabr 2016

Bu gün İmam Məhəmməd Təqinin (ə) şəhadət günüdür

İmam Cavad əleyhissəlamın atası vəfat edərkən təxminən səkkiz yaşı olmuş...
Doqquzuncu İmamın adı Məhəmməd, künyəsi Əbu Cəfər, ləqəbi Təqi və Cavad olmuş, hicrətin yüz doxsan beşinci ilində Mədinə şəhərində anadan olmuşdur. (Üsuli-kafi, c.1, səh.492.) Peyğəmbərin həyat yoldaşı olmuş Mariya Qibtiyyənin nəslindən hesab olunan (Üsuli-kafi, c.1, səh.315, 492.) Səbikə xanım əxlaqi dəyərlər baxımından yüksək mərtəbədə durur və öz dövrünün qadınlarının ən üstünü hesab olunurdu. (İsbatül-vəsiyyət, səh.209.) Belə ki, İmam Riza (əleyhissəlam) o xanımı pak, nəcabətli və fəzilətli bir qadın kimi yad edirdi. (Biharül-ənvar, c.50, səh.15.)
İmam Cavad əleyhissəlamın atası vəfat edərkən təxminən səkkiz yaşı olmuş, iyirmi beş yaşında olarkən şəhadətə yetişmiş (Üsuli-kafi, c.1, səh.492.) və Bağdadın Qüreyş qəbristanlığında babası İmam Kazim əleyhissəlamın məzarının yanında dəfn olunmuşdur.

İmam Cavadın (ə) müsibəti

Mötəsim və Cəfər xilafət bəni Abbasdan ələvilərə keçməsin deyə Ümmül-Fəzlə dedilər: Sən xəlifə övladısan. Hamı gərək sənə hörmət etsin. Amma Məhəmməd ibn Əli (ə) isə oğlu Hadinin (ə) anasını (Səmanə) (Məlum olduğu kimi, İmamın Ümmül-Fəzldən heç bir uşağı olmamışdır.) səndən üstün bilir. Bundan sonra Ümmül-fəzl ərini zəhərləmək qərarına gəlir.
Mötəsim və Cəfər bir qədər üzümü zəhərləyib ona göndərdilər. Ümmül-Fəzl də üzümü ərinə verdi. İmam onu yedi. Çox keçmədi ki, zəhər onun ciyərlərində öz təsirini göstərdi və yavaş-yavaş ağrısı şiddətləndi. Bu vaxt Ümmül-Fəzl peşman oldu və ağladı. İmam ona buyurdu: Niyə ağlayırsan? Məni öldürəndən sonra ağlamağının faydası yoxdur. Bu xəyanətinə görə elə bir dərdə mübtəla olacaqsan ki, əlacı olmayacaq. İmamın (ə) bu qarğışına görə, Ümmül-Fəzlin gizli üzvündə elə bir xəstəlik tapıldı ki, bütün malını onun müalicəsi üçün sərf etsə də, faydası olmadı. Nəhayət o, çox acınacaqlı bir vəziyyətdə dünyasını dəyişdi və Cəfər isə sərxoş halda quyuya düşüb öldü. (“Süqnameyi-Ali-Mühəmməd”, səh. 132.)


5122 بازدید
در حال ارسال اطلاعات...