Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Mart 2014

Qum imamzadələri

Müqəddəs Qum şəhərinin fəzilətini artıran nöqtələrdən bu şəhərdə 400-ə yaxın İmam övladının dəfn olunmasıdır. Həmin İmamzadələrdən bir qismini nəzərdən keçirək:

-İmamzadə Əhməd ibn İshaq

Bu ziyarətgah qədim Qum meydanında (Azər məhəlləsinin girişi) İmamzadə Şahzadə Həmzənin qonşuluğunda yerləşir. İmamzadə Əhməd ibn İshaq İmam Musa Kazimin nəvələrindən sayılır. Bu ziyarətgah hicri-qəməri 1317-ci ildə Müzəfərəddin şahın dövründə yenidən qurulub. Bina Səfəvilərdən qabaq inşa edilib. Səfəvi Şah Təhmasibin göstərişi ilə təmir olunub.

-İmamzadə İsmail

İmamzadə İsmail ziyarətgahı Qum şəhərinin 8 km-də Beydəqan kəndindən yuxarı dağların arasında yerləşir. Burada Şahzadə İsmail, onun oğlu Həmzə (Əli ibn Cəfərin nəvəsi) və Şahzadə Məhəmməd (İmam Kazimin nəvəsi) dəfn olunub. Ziyarətgah Monqol Həlakuxanın dövründə (hicri-qəməri 7-ci əsr) tikilib.

-İmamzadə Bavərə

Bu İmamzadə Fordo kəndinin 6 km-də yerləşir. Ziyarətagda iki türbə var. Hər türbədə iki İmamzadə dəfn olunub. Bir türbədə Şahzadə Məhəmməd və Hüseyn, o birində Həlimə xatun və Zeynəb xatun dəfn olunub. Onlar İmam Kazimin nəvələridir. Türbələrdə sənət əsəri sayılası sinə daşları qoyulub.

-Pənc İmamzadə

İmamzadə Hadi və Mehdi adı ilə tanınan Beş İmamzadə Qorqabidə yerləşir. Ziyarətgah iki yanaşı binadan ibarətdir. Onların müştərək səhnəsi var. Binalardan biri 12 il qabaq tikilib. Burada İmam Səccadın övladlarından olan Şahzadə Nasirəddin iki övladı ilə, Şahzadə Hadi və Mehdi ilə dəfn edilib. İkinci bina hicri-qəməri 6-7-ci əsrlərə aiddir. Burada Şahzadə Nasirəddinin övladlarından sayılan bacı-qardaş, Şahzadə Cəfər və Səkinə xatun dəfn olunub. Qəbir daşı 500 il əvvələ aiddir. Divarları mavi firuzə kaşılar bəzəyir.

-Çehel Əxtəran kompleksi

Qumun Azər məntəqəsində yerləşən bu ziyarətgahda İmam Məhəmmədtəqinin övladı Musa Mübərqə və başqa İmamzadələr dəfn edilib. Bu ziyarətgah xalq arasında Çehel Əxtəran adı ilə tanınır. İmamzadə Musa Mübərqənin türbəsi ehtimalən Səfəviyyədən qabağa aiddir. Amma bina təmir olunub, onun keçmiş görkəmindən əsər qalmayıb. Musa Mübərqə İmam Cavadın övladlarındandır. Ünvan: Azər prospekti, keçə Çehel Əxtəran

-Çehel Əxtəran

Bu binanın tarixi hicri-qəməri 950-ci ilə aiddir. Binanı şah Təhmasib Səfəvi tikdirib. Memarının adı ustad Soltan Qummidir. Bu şəxs Səfəvi dövrünün məşhur memarlarındandır. Onun adı ziyarətgaha həkk olunub. 953-cü ildə şah Təhmasibin göstərişi ilə kərpicdən uca tavan qaldırılıb. Burada bir qrup seyyid, İmamzadə, Musa Mübərrəqənin övladları dəfn olunub. Nəql olunur ki, ziyarətgahda 40 qadın, 40 kişi, 25 uşaq, ümumilikdə 105 nəfər dəfn edilib. Ünvan: Azər prospekti, keçə Çehel Əxtəran

-İmamzadə Zeyd

Bu İmamzadə kiçik günbəzi olan bir binadır. Hicri-qəməri 9-cu əsrə aid edilir. Burada İmam Səccadın nəvələrindən biri dəfn olunub. Ünvan: Qum, Azər prospekti, küçə 102

-İmamzadə Həlimə Xatun

Bu ziyarətgahda İmam Kazimin nəvələrindən biri dəfn olunub. Ziyarətgah Ləncərut kəndindədir. Bu kənd Qum şəhərinin cənubunda 12 km aralı yerləşir. Ziyarətgahda olan kitabə üzərində hicri-qəməri 1302-ci qeyd olunub.

-İmamzadə Süleyman

Bu ziyarətgahda Hüseyni Səccad seyyidlərindən biri dəfn olunub. Ziyarətgah Sərm kəndinin şimalında, kənddən 2 km aralıda yerləşir. Burada iki qara daş lövhə var. Hər iki daşın haşiyəsində Məsumlara salam-salavat yazılıb. Yazı nəstəliq xətti ilədir. Daş üzərində burada dəfn edilənlərin adı və hicri-qəməri 970-989-cu illər yazılıb. Ehtimal olunur ki, bina Elxanilər dövrünün əvvəlində tikilib.

-İmamzadə Soltanməhəmməd Şərif

Burada İmam Səccadın nəvələrindən biri dəfn olunub. Qumda bu məhəl eyni adla tanınır. Bina hicri-qəməri 9-01-cu əsrlərdə tikilib. Bir neçə on il qabaq köhnə bina sökülüb onun yerində uca günbəzli bina tikilib. Keçmişdən qalan təkcə firuzə kaşı lövhədir. Onun tarixi hicri-qəməri 7-8-ci əsrlərə gedib çıxır.

-İmamzadə Seyid Sərbəxş

İmamzadə Seyid Sərbəxş Qum şəhərində Çehel Əxtəran ziyarətgahı ilə üzbəüz yerləşib. Burada imam Sadiqin nəvələrindən biri dəfn olunub. Bina hicri-qəməri 8-ci əsrin ikinci yarısına aiddir. Ziyarətgahdakı kitabəyən əsasən bina Ğiyasəddin Əmir Məhəmmədin göstərişi ilə tikilib. Bu şəxs Əli Səfi tayfasının böyüklərindən, Qum hakimlərindən olub. Ziyarətgahın zinət işlərini dövrün böyük sənətkarı Əli ibn Məhəmməd ibn Əbi Şüca yerinə yetirib. Ünvan: Azər prospekti, keçə 80

-Şahzadə İbrahim

Şahzadə İbrahim türbəsi Əli ibn Cəfər İmamzadəsinin yaxınlığındadır. Burada İmam Musa Kazimin nəvələrindən biri dəfn olunub. Tikili hicri-qəməri 9-cu əsrin əvvəllərinə aiddir. Bina kənardan 8 guşəli görünür. Piramida şəkilli günbəzi var.

-İmamzadə Şah İbrahim

Bu ziyarətgah Qumdan 24 km aralı Şah İbrahim məntəqəsində yerləşir. Hazırkı bina Səfəvilər dövrünə aiddir. Binada tarixi əhəmiyyətə malik olan 80x20 sm ölçülü taxta parçadır. Bu lövhə hicri-qəməri 1015-ci ilə aiddir. Lövhələrdə yazılan beytlər Pir Mehdi arxından danışır. Bu beytlər yazılan daş hicri-qəməri 1064-cü ilə aiddir. Məzarın kənarında tarixi hadisələrdən danışan, 1078-ci ilə aid dah lövhə də var.

-İmamzadə Şahzadə Əbu Əhməd

Bu ziyarətgah Çahar İmamzadə və Şahzadə Seyid Əli ziyarətgahları arasında yerləşir. Burada həzrət Əlinin (ə) nəvələrindən olun Əbu Əhməd Məhəmməd ibn Hənifə dəfn olunub.

-İmamzadə Şah Əhməd Qasim

Əhməd ibn Qasim və ya Şahzadə Qasim İmam Sadiqin nəvələrindəndir. Ziyarətgah Qum şəhərinin cənub-şərqində, Qələ darvazasının kənarında yerləşir. Bina Qum hakimi Əli Səfi tayfası tərəfindən tikilib. Tarixi hicri-qəməri 780-cı ilə gedib çıxır. O mahir sənətkar Əli ibn Məhəmməd ibn Əbu Şücanın əsəridir. Ziyarətgahda hicri-qəməri 663-cü il yazılmış lövhə olub. Hazırda bu lövhə Qum məscidinin mehrabı adı ilə Berlin muzeyində saxlanılır. Bu sənət əsəri Əli ibn Məhəmməd ibn Əbu Tahir tərəfindən yaradılıb. Ünvan: Qum şəhəri, Müəllim meydanı.

-Şah Həmzə

Bu ziyarətgahda İmam Musa Kazimin oğlu Həmzə dəfn olunub. Bina hicri-qəməri 10-cu əsrin birinci yarısına aiddir. Ziyarətgah Qum şəhərinin qədim meydanı yaxınlığındadır. Məzarın quruluşu həzrət Məsumənin hərəmini xatırladır. Bina iki türbədən ibarətdir. Onların qarşısında 15x32 m ölçülü səhnə (meydança) yerləşir. Bu meydançanı sədri-əzəm vəzifəsindən çıxıb Qumda məskunlaşan Mirza Əli Əsğər Əminul-Sultan tikdirib. İmamzadənin günbəzinin hündürlüyü 10 metrə qədərdir. Ünvan: Qum, Azər prospekti, küçə 102

-İmamzadə Şahzadə Cəfər Qərib

Bu ziyarətgahda İmam Kazimin nəvələrindən biri dəfn olunub. Ziyarətgah Qum şəhərinin şərqində yerləşir. Türbənin ortasında kaşı ilə örtülmüş bir məzar var. Məzarın kaşı zinəti Fətəli şah Qacar dövrünə aiddir.

-İmamzadə Şah Camal

Bu ziyarətgah türbə, kiçik günbəz və bir neçə otaqdan ibarətdir. Dörd tərəfi eyvanla əhatə olunub. Bina dörd bucaqlıdır. Ziyarətgahın yaxınlığında Qum hakimlərinin canişini Əli xan Sənqəri kiçik su anbarı tikdirib.

-Şahzadə Zəkəriyya

Bu ziyarətgah Xələcistan məntəqəsində İsaabad və Meydanək kəndləri arasında yerləşir. Yaxınlığında suyu qurumuş çay var. İmamzadə Zəkəriyyanın binası Səfəvilər dövründə tikilib. Kənardan səkkiz guşəli görünür.

-Şeş İmamzadə

Bu ziyarətgah Qumrud kəndində yerləşir. Sadə şəkildə tikilib. Bina hicri-qəməri 1331-ci ildə mühəndis Əlməmalik Qəffari tərəfindən layihələndirilib. Adından göründüyü kimi ziyarətgahda İmam Musa Kazimin altı nəvəsi dəfn olunub. Bina Qacar dövrünə aid yeddi rəngli kaşı ilə bəzədilib.

-İmamzadə Şahzadə Cəfər

Bu ziyarətgah Giv kəndində yerləşir. Orada İmam Kazimin övladlarından biri dəfn olunub. Əvvəlcə bürc şəklində tikilmiş ziyarətgah sonradan Səfəvilər tərəfindən səkkizguşəli şəklə salınıb.

-İmamzadə Abdullah

Bu bina Sədra qələsinin yaxınlığındadır. Orada İmam Səccadın nəvələrindən biri dəfn olunub. Ehtimal olunur ki, tikinti və zinət işləri Qacar hökumətindən qabaq görülüb.

-İmamzadə Əli ibn Cəfər

"Dəri-behişt" adı ilə tanınan bu İmamzadə Qum şəhərinin şərqində yerləşir. Ziyarətgah səkkizguşəlidir, piramida şəkilli iki günbəzi var. Hicri-qəməri 8-ci əsrin əvvəllərinə aiddir. Qacar dövründə ziyarətgaha eyvan artırılıb. Burada İmam Sadiqin övladlarından olan Əli ibn Cəfər dəfn edilib. Ziyarətgah zinət baxımından Qumun digər ziyarətgahlarından seçilir. Binanın zinət işləri sənətkarlıq baxımından 8-ci əsrin ən gözəl sənət işi sayılır. Kaşı örtüklər üzərində bitki, heyvan, insan təsvirləri var. Kitabələrdə nəsx xətti ilə Quran ayələri, rəvayətlər, farsca şeirlər yazılıb. Binanın zinətli mehrabı hicri-qəməri 734-cü ildə Əbu Tahir tayfasının son nümayəndəsi Yusif ibn Əli ibn Məhəmməd ibn Tahirin göstərişi ilə tikilib. Mehrab hazırda İran milli muzeyində saxlanılır. Ünvan: İnqilab prospekti, Golzare-Şohəda qəbristanlığı

-İmamzadə Məsumə (Zeynəb Xatun)

Zeynəb Xatun İmam Musa Kazimin nəvələrindəndir. Kəhək qəsəbəsinin şimal-qərbində dağ ətəyindədir. Binanın Səfəvilərdən əvvəl tikildiyi deyilsə də ziyarətgahdakı kitabəyə əsasən tikili hicri-qəməri 999-cu ilə aiddir. Ziyarətgahda günbəz üzərindəki zinət işləri sənətkarlıq baxımından dəyərlidir.

-İmamzadə Nasir

Bu dördbucaqlı bina Qum şəhərində yerləşir. Bina Səfəvilər dövrünün sonlarına aid edilir. Ölçüsü 4,5x4,2 kv m-dır. Ziyarətgahda mərmər daşla üzləmə işləri aparılıb. Divarlar firuzə kaşı və güzgülərlə bəzənib. Günbəzin tavanı da güzgü ilə işlənib. Burada İmam Həsənin nəvələrindən biri dəfn olunub. Ziyarətgah bazar dördyolayrıcında, İmam Həsən Əsgəri (ə) məscidi ilə üzbəüz yerləşir.

-İmamzadə Hadi

Ziyarətgah Cemizqa-Qahan yolunun kənarında yerləşir. İmamzadə Hadi İmam Musa Kazimin övladlarındandır. O İmam Riza və həzrət Məsumənin qardaşıdır. Bina 800 il əvvələ aiddir.

-Şahzadə Hadi

Veşnəvə kəndində yerləşən ziyarətgah Səfəvilər dövründən qalıb. Bina dördbucaqlıdır, günbəzi kaşı ilə bəzənib. Divarlarda qədim nəqqaşlıq işləri gözə dəyir. Bu iş 70 il əvvəl Mir Həsən Nəqqaş tərəfindən görülüb.

(Məqalə üzərində işlənilir, adlar və ünvalnlar dəqiqləşdirilir, ziyarətgahların xəritəsi hazırlanır)

Nur-az.com


7218 بازدید
در حال ارسال اطلاعات...