Rəhbər Ayətullah Xameneinin son dövrə aid tövsiyələrindən biri cəmiyyətin artırılması üçün təlaşlardır. Əhalinin artımı müsəlman toplumuna münasibətdə yeni siyasət ola bilər. Təqribən 20 il əvvəl İran cəmiyyətində cəmiyyətə nəzarət siyasəti həyata keçirilməyə başladı. Son siyasət isə əvvəlkindən fərqlənir. Əvvəlki siyasət sullar yaratdığı kimi hazırkı siyasət də suallar yaradır. İqtisadi problemlər gücləndiyi bir zamanda əhalinin artımı məqsədə uyğun ola bilərmi? Cənab Rəhbər buyurur: "Gənc, enerjili, təhsilli gəncliyimiz bu gün ölkənin inkişafında əsas gücdür. Statistika bunu göstərir. Biz əhali artımını məhdudlaşdıran siyasətə yenidən baxmalıyıq. Bir zaman bu siyasət düzgün idi. Müəyyən məqsədlər qarşıya qoyulmuşdu. Mütəxəssis və təhsilli zümrəni araşdırdıqdan sonra yeni rəqəmlər otraya çıxdı. Biz şəmsi 1371-ci ildə əhali artımını hədələyən məqama çatdıq. 71-ci ildən sonra siyasət dəyişməli idi. Səhvə yol verdik, əvvəlki siyasəti davam etdirdik. İndi səhvimizi düzəltməliyik. İmkan verməməliyik ki, əhalidə gənc nəslin payı azalsın. Dəqiq araşdırmalara əsasən bir neçə il sonra ölkədə gənclərin sayı azalmalıdır. Bu günkü cəmiyyətimiz gəncdir. Amma tədricən cəmiyyətimiz yaşlaşır. Bir neçə ilə sonra əhalinin sayında azalma olacaq. Çünki əhalinin yaşlaşması doğumun sayını azaldır. Mənə təqdim olunan hesabata əsasən bir müddət sonra əhalinin sayı azalmalıdır. Bu təhlükəlidir. Məsullar tədbir görməlidir."
Cənab Rəhbər başqa məqamda buyurur: "Başqa bir mühüm nöqtə budur ki, ölkəmiz təbii və coğrafi xüsusiyyətlərinə görə böyük cəmiyyətə ehtiyaclıdır. Öncə qeyd etdiyimiz kimi gənc nəsil məmləkətin taleyini həll edir. Əgər bu günkü üsulla hərəkət etsək yaxın gələcəkdə cəmiyyətimiz qocalacaq. Bunun başqa çıxış yolu yoxdur. Bu gün dünyanın bir çox ölkələrində qocalar üstünlük təşkil edir və çıxış yolu tapılmır. Doğum sayının azalması ciddi bir problemdir. Biz də eyni problemlə rastlaşacağıq. Vəziyyəti ağır həddə çatmağa qoymamalıyıq. İslam mənbələri, İslam düşüncəsi cəmiyyətlə bağlı aydın təsəvvür yaradır."
Cənab Rəhbərin buyuruqlarına əsasən bir neçə nöqtə diqqət mərkəzində saxlanılmalıdır:
1.Cəmiyyətin formalaşmasında əsas qüvvə insanlardır. İnsan enerjisi olmadan cəmiyyət qurula bilməz. Cəmiyyətin inkişafı, onun tərəqqisi üçün lazım olan enerjini gənc nəsil verir. Bu baxımdan cəmiyyətin artımı bir ehtiyacdır. Yalnız xüsusi zaman kəsiyində əhalinin artımına nəzarət etmək olar. Əks təqdirdə artımı məhdudlaşdırmaq təbiət və fitrətə qarşıdır. Cəmiyyətin artımı yox, onun məhdudlaşdırılması üçün dəlillərə ehtiyac var.
2.İranda İslam İnqilabından sonra, 8 illik müharibənin ardınca xüsusi bir şərait yarandı. O zaman cəmiyyətin artımı ciddi ehtiyaca çevrildi. Ölkədə cəmiyyətin artırılması ciddi məsələ olaraq qarşıya qoyuldu. Ailələr çox övlad dünyaya gətirmək üçün təşviq edildi. Nəticədə ölkə əhalisinin sayı 35 milyondan 55 milyona çatdı. Müharibə nəticəsində ölkə dağılmışdı. Yenidənqurma üçün böyük pula ehtiyac var idi. Bir növ qənaət siyasətinə zərurət yaranmışdı. Həmin vaxt əhalinin sayına nəzarət siyasəti otraya çıxdı. Çox keçmədi ki, əhalinin sayında gənclərin payı azalmağa başladı. Əgər belə davam edərsə yaxın gələcəkdə başqa ölkələrin yaşadığı problemlə üzləşə bilərik. Hazırkı vəziyyət ciddi bir siqnaldır ki, siyasət dəyişməlidir. Ölkənin əsas gücü gənclik olduğu bir zaman doğum sayının aşağı enməsi faciəli nəticələrə apara bilər. Cəmiyyət qocaldıqda onun xərci qazandığındna böyük olur. Yaşlı nəslin işçi qabiliyyəti aşağıdır. Bütün bunları nəzərə alaraq Böyük Rəhbər Ayətullah Xamenei cəmiyyətin artırılmasının zəruri olduğunu bəyan edib.
Unutmamalıyıq ki, yeni siyasəti həyata keçirmək üçün böyük təlaş və uzun zamana ehtiyac var. Əgər bu gün fəaliyyətə başlamasaq qısa müddətdən sonra cəmiyyətimizin təravəti əldən çıxacaq.
3.Cənab Rəhbər bu böyük siyasətin məsuliyyətini hiss edərək onun həyata keçməsi üçün bütün zəruri addımları atmaqdadır. Bu yanlış fikirdir ki, iqtisadi böhran şəraitində əhalinin artımının
qarşısı alınmalıdır. Əgər cəmiyyətdə istehsalın, inkişafın arxasında gənclik dayanırsa bu gəncliyi azaltmaqla irəliyə getmək olmaz.
Ölkədə əhalinin artımı ilə bağlı qlobal siyasətin həyata keçirilməsi gündəmdədir. Bu qlobal siyasətin haşiyəsində ailə miqyasında siyasətlər də dəyişməlidir. Əlbəttə ki, haşiyə siyasət həmişə qlobal siyasətə tabedir. Əgər dövlət əhalinin artımı üçün ciddi proqramlar həyata keçirsə bu ailə iqtisadiyyatında özünü göstərməlidir. İqtisadi problemlər ailədə övlad sayını azaltmaqla həllini tapmır. Keçmişdə bundan çox çox ağır iqtisadi böhranlar olub. Həmin vaxt ailələr böyük idi. Bu gün ailə iqtisadiyyatı həmin dövrlə müqayisədə çox yaxşıdır. Bu günkü həyat tərzi, dolanışıq səviyyəsi keçmişlə müqayisə oluna bilməz. Biz çalışıb mədəniyyətə çevrilmiş bu yanlış təfəkkürü aradan qaldırmalıyıq. Yəni övlad sayını azaltmaqla iqtisadiyyatda irəli getmək olmaz. Bu yanlış təfəkkür qərb mədəniyyətindən qaynaqlanır və bizi düzgün yoldan yayındırır. Cəmiyyətdə dəbdəbəçilik, israf artıdığı bir zamanda övlad sayını azaltmaqla iqtisadi böhrandan çıxmaq istəyi tam əsassızdır. Cənab Rəhbər buyurur: "Qərb, Avropa həyat tərzinə təqlidçi baxış bizi bu yerə gətirdi. Bir müddət qəflətdə qaldıq, görüləsi işi görmədik. Bu gün həmin qərb ölkələri doğumun sayının azalmasından böyük zərər çəkir və tam peşmandır."
Demək, doğum sayını azaltmaq yox, həyat tərzini dəyişmək lazımdır. Biz hansı həyat tərzini seçməliyik? Hansı həyat tərzi problemlərimizi həll edə bilər? İslam təlimlərindən yetərincə xəbərdar olan bir müsəlman üçün belə suallar yaranmır. Əgər cəmiyyət düzgün şəkildə İslam həyat tərzini həyata keçirsə problemlər tədricən həllini tapar. Sadə yaşayış, israfdan qaçmaq, dəbdəbəçiliyə yol verməməklə iqtisad problemləri həll etmək olar. Düzgün həyat tərzində övladların sayı problem yaratmır. Cənab Rəhbər buyurur: "Doğum sayını aşağı salan əsas səbəblərdən biri izdivac, evlənmə yaşının artmasıdır. Bu barədə düşünməliyik. Nə üçün izdivac yaşı artır? Məgər 17, 18, 19 yaşlı gəncin cinsi ehtiyacın təmininə ehtiyacı yoxdur?! Biz bu barədə tədbir görməliyik. Bir tərəfdən deyirik ki, ev yoxdur, iş yoxdur, qazanc yoxdur. Bütün bunları kompleks şəkildə necə həll etmək olar? Bu düzgün yanaşma deyil ki, evlənmək üçün hökmən şəxsi ev, qazanclı iş olmalıdır. Allah-Taala Quranda buyurur ki, əgər onlar yoxsuldurlarsa, Allah öz lütfü ilə onları dövlətli edər. (Nur, 32)."
Bəli, bu gün izdivaca mane olan əsas səbəb bu mövzuya qərb prizmasından baxılmasıdır. Quran isə problemin həllini başqa şəkildə görür. Allah vəd edir ki, öz lütfü ilə çətinlikləri aradan qaldıracaq. Təbii ki, izdivac yaşını aşağı salmaqla doğum sayını da artırmaq olar.
Nur-az.com