Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Oktyabr 2016

İNSANIN İLK YEMƏYİ - ANA SÜDÜ

Ananın fikirləşməsi belə, bətnindəki və ya süd verdiyi uşaqda müəyyən təsir qoyur
Əvvəldə dediyimiz kimi, uşağın tərbiyəsində ananın rolu daha çoxdur. Çünki ananın övlad ilə ünsiyyəti atadan daha çoxdur. Alimlərin yazdıqlarına görə, ananın fikirləşməsi belə, bətnindəki və ya süd verdiyi uşaqda müəyyən təsir qoyur. Əgər ana uşağın bətnində olduğu zamanda, islam qayda-qanunlarına (ələl-xüsus halal yemək) riayət etsə, mütləq onun cəmiyyətə verdiyi övladı da sağlam və pak bir insan olacaqdır. İnsanın ana bətnində ikən xoşbəxt və ya bədbəxt olmasını bildirən hədisin mənası da elə budur ki, ananın öz övladının necə şəxsiyyət olmasında böyük rolu var. Mətləbin daha aydınlaşması üçün aşağıdakı hədislərə diqqət yetirin:

İslam Peyğəmbəri (s) buyurur:

«Heç vaxt uşaqlarınıza axmaq və ağıldan kəm qadın süd verməsin. Çünki bu xasiyyətlər süd vasitəsi ilə uşaqlarınıza keçər».

İmam Baqir (ə) buyurur:
«Axmaq qadınlar sizin uşağınıza süd verməsin. Çünki süd insanın təbiətində əsər qoyur».

İmam Kazimdən (ə) soruşdular: «Zina yolu ilə doğmuş qadına süd vermək üçün uşaq verəkmi?
İmam cavabında buyurdu: «O qadının və onun zinadan doğulmuş qızının belə süd verməsi düz deyil». (Furuği-kafi, 6-cı cild, 44-cü səh )

İmam Əli (ə) buyurur:
«Qadınları evlənəndə seçdiyiniz kimi, süd vermək üçün də seçin. Çünki süd uşağın təbiətini dəyişir».
Peyğəmbərlərdən, Musa peyğəmbərlə, İslam Peyğəmbərinin (s) başqa qadınlardan süd əmməmələri onu göstərir ki, insanın həyatının birinci yeməyi halal və pak yerdən gəlməlidir.

«Qəsəs» surəsinin 12-ci ayəsində oxuyuruq:
«Musaya anasının döşündən savayı özgənin döşünü əmməyi öncədən haram etmişdik».

Təfsirçilərdən bəzisi bu ayənin şərhində belə yazırlar:
Musa peyğəmbər uşaqlıqda heç bir süd verən qadının döşünü qəbul etmədi. O, özünü başqa qadınların qucağından yerə atırdı. Bu işin səbəbi isə Allahın o qadınların döşlərini Musaya haram etməsi idi. Çünki Allah-təala Musanın haram süd yox, anasının halal və pak südünü əmməsini istəyirdi. Ona görə ki, sonralar Musa zülm və haqzızlıqla mübarizə aparacaqdı.


5050 بازدید
در حال ارسال اطلاعات...