Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Noyabr 2016

İmam Rzanın (ə) "şərtlərindən biri mənəm" deməsi növbəti bir Kərbəlanın mesajıdır

İmamlarımız (ə) qədər Allah Rəsulundan (s) sonra tövhidi daha çox təbliğ edən ikinci bir adam tarixdə zikr edilməmişdir.
Abbasi şahı Məmun (l) İmam Rzanı (ə) ciddi nəzarət altında saxlamaqdan ötrü Mədinədən Xorasana dəvət etdi. İmam Rza (ə) bu yoldan dönüşün olmadığını bilirdi və şiələriylə sağollaşdı. Nişapur şəhərindən keçib Mərvə tərəf istiqamət alan Həzrət İmam Rza (ə) ağa yolun üstündə karvanı saxlayıb tarixdə "silsilətuz-zəhəb" (qızıl zəncir) adıyla şöhrt tapmış mübarək hədisi-qüdsünü söylədi. Hədisin bu cür adlanmasının səbəbi budur ki, hədisin sənədindəki bütün fərdlər məsum imamlarımızdır (ə) və ilk İmam Əli (ə) da onu İslam Peyğəmbərindən (s) O Həzrət də Allahdan nəql edib.

Mübarək hədisdə Allah buyurur:

لَا إِلَهَ إِلَّا اللَّهُ حِصْنِی فَمَنْ دَخَلَ حِصْنِی أَمِنَ عَذَابِی


La ilahə illallah kəlməsi mənim qalamdır, kim qalama daxil olsa əzabımdan amanda qalar.

Daha sonra karvan yola düşdükdə İmam (ə) uca səslə buyurub:

بِشُرُوطِهَا وَ أَنَا مِنْ شُرُوطِهَا


La ilahə illallah kəlməsinin şərtləri vardır ki, mən onun şərtlərindənəm.

Təəssüflər olsun ki, tovhidə, Allahın vəhdaniyyətinə, la ilahə illallah kəlməsinə bu qədər önəm verən İmamlarımızın (ə) qəbrlərini ziyarət edən şəxslərə müşrik, rafizi adları qoyulur. Halbuki İmamlarımız (ə) qədər Allah Rəsulundan (s) sonra tövhidi daha çox təbliğ edən ikinci bir adam tarixdə zikr edilməmişdir.

Həzrət İmam (ə) əslində bir neç məsələyə diqqət çəkir ki, şəhadət günlərində təbərrük üçün qeyd etmək yerinə düşər.

1. İmam Rza (ə) özündən əvvəlki peyğəmbərlərin (ə) risalətini dirçəldən, davam etdirən peyğəmbərlər (ə) kimi öz cəddi Rəsulullahın (s) risalətini dirçəldir, tovhid şüarını bir daha cihad meydanındakı bayraq kimi dalğalandırır. Bu isə O həzrətin (ə) missiyasının mübarək olmasını və imamətin risalətin davamı olduğunu nişan verir. Həzrət İmam (ə) bütün məxluqatın, ins və cinnin Allaha xas olduğunu, bütün yaradılış aləminin Allahın bir zərrəsi, nuru və nişanəsi olduğunu bildirir. Bununla da oradakıların diqqətinə çatdırır ki, ancaq bu qalaya pənah gətirən şəxslər əzabdan amanda qalacaqlar.

2. İmam Rza (ə) karvan yola düşəndə mübarək başını kəcavədən çıxarıb buyurur ki, bu kəlmənin şərtləri var, bu cür deyil ki, hər kim bu kəlməni dilə gətirsə əzabdan amanda qalacaq. Gərək bu kəlmənin şərtlərinə əməl edilsin. Bu kəlmənin isə bir neçə şərti vardır. Çünki hədisdə keçən "şurut" sözü "şərt" sözünün cəmidir ki, bu da şərtlər mənasını ifadə edir.

3. İmam Rza (ə) ağa çatdırır ki, bu şərtlərdən biri mənəm. Əlbəttə, bu hədisi qeyd etdiyimiz kimi Həzrət (ə) öz atalarından nəql edib ki, bu da qızıl silsilə şəkilində gedib Allah Rəsuluna (s) çatır. O Həzrət (s) Cəbraildən, Cəbrail də Allahdan nəql edib. Deməli, İmam Rza (ə) ağa bununla izah edir ki, təkcə o yox, ataları da Tovhid kəlməsinin şərtlərdindən biri olub. Bununla da Əhlibeytin (ə) bir daha sirati müstəqimdə olmasına diqqət çəkilir. Yəni, təkcə bu kəlməni zikr etməklə, Allaha və peyğəmbərlərinə iman gətirməklə insan əzabdan amanda qalmaz. Vacibdir ki, peyğəmbərlərin (ə) sonuncusu olan Həzrətin Mühəmmədin (s) ümmətə tapşırdığı İmam Əli (ə) və onun övladları olan digər imamların (ə) haqq olmasına etiqad edilsin. Tovhidə inanc bununla kamil olur.

4. İmam Rza (ə) ağanın özünü, atalarını, başqa təbirlə imaməti Tovhid kəlməsinin şərtlərindən hesab etməsi zülmə qarşı qaldırdığı qiyamdan xəbər verir. Bu günümüzdə də bəzi insanlar var ki, o zaman bir çox imamların zalımlara qarşı qiyam qaldırmadıqlarını əsas gətirib zalım, zülm əleyhinə silahlanmaqdan çəkinirlər. Amma gərək unudulmasın ki, İmam Rza (ə) ağanın özünü Tovhidin şərtlərindən hesab etməsi növbəti bir Kərbəlanın mesajıdır. Yəni, nə qədər ki, bizim haqqımız alınacaq, başqaları haqqımızı qəsb edəcək, bizə itaət edilməyəcək, həmin insanlar Allahın əzabından amanda qalmayacaq. Təbii ki, bu da məna etibarıyla zəmanə şahlarına, vəzirlərinə, məqam-mənsəb sahiblərinə meydan oxumaqdır. Üstəlik nəzərə alsaq ki, qılıncla cihad etməyən imamlar (ə) hər birisi zalım xəlifələrin əliylə şəhid edilib aydın olur ki, onlar heç də zülmün qabağında sakit oturmayıblar. Əgər sakit oturmuş olsaydılar hər birisi Əbu Musa Əşəri, Şüreyh qazi kimi saray mollalarına çevrilərdi.
Bu günlərdə İmam Rza (ə) ağanın mübarək hərəmi Allah aşiqləriylə doludur. Kərbəladan yenicə dönən iman əhli Xorasan vilayətinə (Məşhəd şəhərinə) üz tutub. Bu insanlar tarix boyu hacətlər qapısı olan imamlarımızdan (ə) bir çox kəramətlər görüb, eşidib və doğru yolda olmaları bir daha onlara sübut olunub.

Allahdan arzu edirik be həqqe İmam Rza (ə) ağa aqibətimizi xətme bexeyr eləsin.


7080 بازدید
در حال ارسال اطلاعات...