Bu maraqlı dastan İbn Məsud və Əbu Cəhl haqqındadır. Məkkədə müsəlmanların azlıq təşkil etdiyi bir vaxtda Ər-Rəhman surəsi nazil oldu. Həzrət Peyğəmbər (s) müsəlmanların bir qrupuna buyurdu: “Sizlərdən hansınız gedib bu surəni müşriklərə oxuyar?”
Həmin vaxt həzrət Əli (ə) orada yox idi. İbni Məsud dedi: “Mən”
O zəif və kiçik olduğundan onu məsxərə edirlər. Peyğəmbər (s) bilirdi ki, İbn Məsud zəif olduğundan bu işin öhdəsindən gələ bilməz. O həzrət (s) buyurdu: “Sən otur.”
Həzrət Peyğəmbər (s) sualını ikinci dəfə təkrar etdi. Yenə də İbn Məsud hazır olduğunu dedi. Üçüncü dəfə Peyğəmbər (s) onun istəyini qəbul etdi.
İbn Məsud, Əbu Cəhlin də olduğu məscidə gedib, şücaətlə Quran oxumağa başladı. Əbu Cəhl onun qulağının dibindən bir sillə vurur ki, qulağından qan gəlir və yerə yıxılır.
Bir neçə saatdan sonra onu Peyğəmbərin (s) hüzuruna gətirirlər. Həzrət Peyğəmbər (s) buyurdu: “Sənə dedim axı getmə, taqət gətirə bilməzsən!”
Həzrət Peyğəmbər (s) bu vaxt təbəssüm etdi, amma bir söz demədi.
Hicrətin ikinci ilində Əbu Cəhlin ordusu Mədinəyə hücum edir. Müsəlmanlarla vuruşurlar və nəticədə müsəlmanlar qalib gəlir. Bu müharibədə Əbu Cəhl öldürülür.
Həzrət Peyğəmbər (s) İbn Məsud kiçik olduğundan müharibəyə gedə bilmədiyini görür. O həzrət (s) ona buyurdu: “Sənə hər nə desəm əməl et, çox şirindir!” Peyğəmbər (s) ona qılınc oynatmağı öyrədib buyurdu: “Qılıncını götür, meydana get və yaralı, ölümcül kafirlərin başını vur.”
İbn Məsud qılıncını götürüb döyüşə gedir. Diqqət edirdi ki, bir yaralı kafir tapsın. Elə bu vaxt gözü Əbu Cəhlə sataşır. Bərk yaralanmışdı, amma ölməmişdi. İbn Məsud onun başını kəsmək istəyirdi, amma yaxınlaşmağa qorxurdu. Uzaqdan nizəni uzadıb boğazını sıxır və başını kəsmək üçün münasib olduğunu hiss edir.
Əbu Cəhl İbn Məsuddan çox böyük idi. Əbu Cəhl İbn Məsuda deyir: Ey çobanın balası, məni öldürəndən sonra sahibinə de ki, indi ki ölürəm, bil ki, mənim aləmimdə səndən pisi yoxdur! Mən sənin ən qəddar düşmənlərindənəm.
İbn Məsud hadisəni həzrət Peyğəmbərə (s) ərz edir. Həzrət Peyğəmbər (s) buyurdu: “O, Firondan da pisdir. Firon boğulan vaxt iman gətirdiyini deyir. Amma bu bədbəxt ölümünü görür, lakin yenə də inadkarlıq edir!”
Dilimizə çevirdi: R. Hüseynov
Nur-az.com