Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Dekabr 2016

İslam dinində ilk məscid banisi və memarı

Məscid tikən şəxs Allaha, Qiyamət gününə inamlı, namaz qılıb, zəkat verən olmalıdır
“Allahın razılığı isə hər nemətdən böyük və dəyərlidir”. (“Tövbə”, 72.)

İslam dinində məscidə getməyin böyük fəziləti olduğu kimi, məscid tikib, onu xalqın ixtiyarına verməyin də böyük savabı var. İslam dinində ilk məscid banisi və memarı Allahın həbibi Məhəmməd peyğəmbərdir (s). O Həzrət (s) bu dəyərli işi igörən şəxslər haqqında buyurur:
“Hər kəs bir məscid tiksə, Allah onun üçün cənnətdə bir ev tikər. Hətta onun tikdiyi məscid dəvə quşu yumurta qoya biləcəyi qədər kiçik olsa belə”. (“Nəhc əl-fəsahə”.)
Məscid tikməyin böyük əhəmiyyət daşıması ilə əlaqədar olaraq İslam dinində bu böyük məsuliyyət hər kəsə verilmir. Məscid tikən şəxs Allaha, Qiyamət gününə inamlı, namaz qılıb, zəkat verən olmalıdır. 

Qurani-kərimdə oxuyuruq:

“ Allahın məscidlərini o şəxslər abad edirlər ki, Allaha, qiyamət gününə inanır, namaz qılır, zəkat verir, Allahdan başqa heç kəsdən qorxmurlar. Ümid var ki, onlar hidayət əhli olsunlar”. (“Tövbə”, 18.)


6509 بازدید
در حال ارسال اطلاعات...