Əgər müsəlmanlar İslamı düzgün tanıtdıra bilsə əmin olun ki, dünya bütövlüklə İslama yönələr.

Bu gün dünya maddi sivilizasiyadan qaynaqlanan ağır boyunduruqlardan təngə gəlmişdir və qurtuluş yolu axtarır. Bu gün sizin Misir və Tunis kimi bəzi İslam ölkələrində müşahidə etdiyiniz İslam oyanışı bəşəriyyətin mövcud durumdan cana yığılmasının bir nümunəsidir. Şeytanlar (insan şeytanlar cin şeytanlardan daha təhlükəlidir) xalqın həyatına hakim olduqda, onun ictimai həyatına, xüsusi həyatına, iqtisadiyyatına, dərkinə və baxışına müdaxilə edən dünya hegemonları insanları azğın yollara sürükləyirlər. Həyata qaranlıq çökür və bu ağır, qaranlıq mühit insanların fitrəti ilə uyğun olmadığından, nəhayət fitrət oyanır. Bu gün dünyada baş verən budur. Maddi güclərə əsir olan Qərb dünyası da bu hökmranlıqdan təngə gəlmişdir. Əgər müsəlmanlar İslamı düzgün tanıtdıra bilsə əmin olun ki, dünya bütövlüklə İslama yönələr.
Ayətullah Seyid Əli Xamenei