Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Yanvar 2017

İmam Əlinin (ə) adının qoyulması

Bu körpənin adını bizə bəyan et
İmam Əlinin (ə) adının qoyulması barədə belə rəvayət olunub: Əbu Talib gecə vaxtı körpəni anasından alıb sinəsinə basdı və körpənin anası Fatimə ilə birlikdə Məkkədən qıraqda yerləşən Əbtəh məntəqəsinə (Mina və Məkkə arasında sel yolu) getdi. Orada Əbu Talib Allah ilə belə münacat etdi: “Ey qaranlıq gecəni və işıqlı Ayı yaradan Pərvərdigar! Bu körpənin adını bizə bəyan et”. Bu vaxt yerin üzərində buluda bənzər bir şey göründü. Əbu Talib onu götürdü və həzrət Əli (ə) ilə birlikdə sinəsinə yapışdıraraq evə qayıtdı. Sübh açılanda buluda oxşar mövcuda baxdı. Gördü ki, o, göy rəngli lövhə dönmüşdür və üzərində yazılıb: “Siz iki nəfər pak, təqvalı, seçilmiş və ləyaqətli bir övladla məxsuslandınız. Onun adı Allahın ulu sifətindən alınmış uca məqamından qaynaqlanır”.
Əbu Talib də körpənin adını Əli qoydu və yaşıl lövhü Kəbənin sağ tərəfindən asdı.


8111 بازدید
در حال ارسال اطلاعات...