Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Fevral 2017

Rövzə oxumağın əhəmiyyəti

Son vaxtlar mən rövzəxanlarla barışmağa başlamışam.
Həzrət Ayətullah əl-üzma Zəncani Şübeyri rövzə oxumağın əhəmiyyətindən söz açaraq bu barədə mərhum Hacı Rza Zəncanidən maraqlı bir əhvalat da danışır.
Mərhum Hacı Rza Zəncani deyirdi:
Son vaxtlar mən rövzəxanlarla barışmağa başlamışam. Çünki rövzəxanlar bütün evlərə gediblər və ölkənin hər bir yerində dinin yayılmasına səbəb olublar. Əgər onlar olmasaydı bir çox yerlərdə dindən əsər-əlamət olmayacaqdı. Rövzəxanların rövzəsinin Allaha xatir olub-olmamasından asılı olmayaraq, rövzənin xarici təsirləri vardır və bu cəhəti təsdiq etmək lazımdır.
Mərhum Hacı Rza Zəncani deyirdi ki, dəfələrlə Tehranın yuxarı bölgələrinə yolum düşüb. Küçələrdə oynayan uşaqlar məni gördükdə deyirdilər: Rövzəxan ağa gəldi! Rövzəxan ağa gəldi!
Halbuki, Hacı Rza Zəncani rövzəxan deyildi. Ancaq camaat əmmamə qoymuş bir ruhani gördükdə onun rövzəxan olduğunu düşünürdülər.
Rövzə oxumağın əhəmiyyəti barədə bu qədər kifayətdir ki, Rzaxan dinin qarşısını almaq və İranı qərbə doğru çəkmək istəyəndə əvvəl rövzə oxumağı qadağan etdi və rövzə məclislərinə yasaq qoydu.

Qaynaq: zanjani.ir
Hazırladı: Seyid Zahir


6370 بازدید
در حال ارسال اطلاعات...