Bugünkü dünyada millətlər və dövlətlər arasındakı qarşıdurma təkcə hərbi meydanda özünü göstərmir.

Cihad sahəsində digər maraqlı nöqtə budur ki, əgər Quran ayələrində yalnız mal və canla cihaddan danışılırsa, Əmirəlmömininin İmam Əlinin (ə) vəsiyyətində bu sıraya dil cihadı da əlavə olunur:
«Varınız, canınız, dilinizlə Allah yolunda cihada münasibətdə Allahı… Allahı unutmayın.»Hərbi savaşdan əlavə malla cihad olduğu kimi dillə də cihad var. Əmirəlmömininin (ə) vəsiyyəti elə bir dövrə təsadüf edir ki, onun cihadla bağlı vəsiyyətləri hərbi savaş mənasında anlaşıla bilər. Dil ilə cihada çağırış dedikdə isə bunun cəbhəyə çağırış mənasında anlaşılması mümkündür.
Şübhəsiz ki, insanların cəbhəyə təşviqi dil ilə cihad nümunələrindəndir. Amma bu yalnız bir nümunədir. Əslində dil il cihad ifadəsinin daha geniş mənası var.
Bugünkü dünyada millətlər və dövlətlər arasındakı qarşıdurma təkcə hərbi meydanda özünü göstərmir. Müxtəlif meydanlar yaranıb. Bu meydanlardan ən mühümlərindən biri də təbliğat müharibəsidir. Düşmən öz təbliğatları ilə bir millətin düşüncə tərzinə təsir göstərməyə çalışır. Təbliğatla millətin inamları, dəyərləri, mədəniyyəti, düşüncəsi kənar təsirə məruz qalır. Belə bir təsir keçmişdə də olmuşdur. Təbliğat müharibəsinin nə vaxt başladığını demək çətindir. Amma iqtisadi müharibə kimi təbliğat müharibəsi də keçmişdəki səviyyələri ilə müqayisə olunmayacaq bir həddə gəlmişdir.