Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Fevral 2017

Fatimeyi-Zəhranın (s.ə) ibadəti nümunəvi bir ibadətdir

İnsanların problemlərini həll edən Peyğəmbər (s) qızı bu şəraitdə çox başucalığı ilə ailəni idarə edir...
Fatimeyi-Zəhranın (ə) həyatı hər cəhətdən fəal, çalışqan, psixoloji tərəqqi və təkamül yolunda keçmiş həyatdır. Onun gənc həyat yoldaşı daim cəbhədə və döyüşdədir, Fatimeyi-Zəhra (s.ə) isə bütün problemlərə rəğmən, müsəlmanların müraciət etdiyi şəxsdir. İnsanların problemlərini həll edən Peyğəmbər (s) qızı bu şəraitdə çox başucalığı ilə ailəni idarə edir, Həsən (ə), Hüseyn (ə) və Zeynəb kimi övladlar tərbiyə edir, Əli (ə) kimi həyat yoldaşını qoruyur və Peyğəmbər (s) kimi bir atanın razılığını qazanır. Fəthlər başlayanda və qənimətlər gələndə Peyğəmbər qızı digər qız və qadınların istədiyi dünya ləzzətlərinə və dəbdəbəyə üz tutmur.
Fatimeyi-Zəhranın (s.ə) ibadəti nümunəvi bir ibadətdir. İslam dünyasının abid və zahidlərindən olan Həsən Bəsri Fatimeyi-Zəhra (s.ə) haqda deyir: “Peyğəmbərin qızı o qədər ibadət edir və mehrabda dayanırdı ki, ayaqları şişirdi”. (İbn Şəhr Aşub, "Əl-Mənaqib", c. 3, səh. 341) İmam Həsən Müctəba (ə) buyurur ki, bir cümə gecəsi anam səhərə qədər ibadət etdi; gecədən dan yeri sökülənə qədər ibadətlə məşğul oldu. O deyir: “Eşitdim ki, həmişə mömin kişi və qadınlar üçün, xalq üçün, İslam dünyasının ümumi məsələləri üçün dua etdi. Səhər olanda dedim ki, ey anam, özün üçün bir dua etmədin, gecədən səhərə qədər başqalarını dua etdin. Cavabda buyurdu: “Əvvəl başqaları, sonra özümüz”. ("Bihar əl-ənvar", c. 43, səh. 81-82) Bu, yüksək ruhiyyədir. O həzrətin müxtəlif sahələrdə mübarizəsi də nümunəvidir; İslamı, imaməti, vilayəti müdafiə etməkdə, Peyğəmbəri (s) dəstəkləməkdə, İslamın ən böyük əsgəri və həyat yoldaşı olan Əmirəlmömininə (ə) baxmaqda. Əmirəlmöminin (ə) Fatimeyi-Zəhra (s.ə) barədə buyurub ki, bu xanım məni qəzəbləndirmədi və bir dəfə də sözümdən çıxmadı. ("Bihar əl-ənvar", c. 43, səh. 81-82) Bütün böyüklüyünə və əzəmətinə rəğmən, Fatimeyi-Zəhra (s.ə) evdə İslamın istədiyi kimi bir xanım və həyat yoldaşıdır.


5363 بازدید
در حال ارسال اطلاعات...