Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Mart 2017

Şəhidlər diridir – Şəhidin imzası

imza şəhid Müctəba Salehinin özünə məxsusdur, ancaq imzanın mürəkkəbi heç bir qələmin mürəkkəbinə bənzəmir.
Şəhid höccətül-islam Seyid Müctəba Salehi Xansarinin qızı deyir:
Atamın şəhid olmasından bir həftə ötürdü. Dünyaya göz açdığı Xansar şəhərində onun üçün yas mərasimi saxlanılmışdı. Ona görə də anam və qardaşım evdə deyildi. Mən məktəbə getdim. Məktəbdə nazim ikinci termin orta imtahan qiymətlərinin vəsiqəsini mənə verdi. Mən olmadığım müddətdə hamı imtahan vəsiqəsini almışdı. Ona görə də xanım nazim tapşırdı ki, vəsiqəni mütləq evdə valideynlərimə imzalatdırıb səhər gətirim. Fikirləşirdim ki, bunu kim imzalasın? Dərslərimə qarşı çox həssas olmuşdum. Bir tərəfdən atamın şəhid olması, bir tərəfdən də anamın evdə olmaması məni daha çox həssas edirdi.
Evə çatdım, bir az yemək yeyib yatdım. Yuxuda atamı gördüm. O çöldən gəlib həmişəki kimi bizimlə oynayırdı. Biz də onun başına və kürəyinə çıxırdıq.
Atam dedi: - Zəhra, imtahan vəsiqəsini gətir imzalayım.
Dedim: - Atacan, hansı imtahan vəsiqəsini?
Dedi: - Bu gün məktəbdə veriləni.
Gedib imtahan vəsiqəsini gətirdim, ancaq nə qədər axtarsam də yaşıl qələm tapa bilmədim. Bilirdim ki, atam heç vaxt qırmızı qələmlə imza etmir. Nəhayət, çox gəzdikdən sonra yaşıl qələmi tapıb gətirdim, amma qayıdanda atamı otaqda görmədim.
Səhər açıldı, tələsik məktəb ləvazimatımı yığırdım. Birdən gözüm imtahan vəsiqəsinə sataşdı. O, qırmızı qələmlə imza olunmuşdu.
Bu imtahan vəsiqəsi həzrət İmam Xomeyniyə (r) də göstərildi. İmam (r) tapşırıq verdi ki, imza ekspert araşdırmasından keçirilsin və onun şəhidin imzası olub-olmaması müəyyən edilsin.
Tehranın Polis İdarəsi imzanı araşdırdıqdan sonra bildirdi ki, imza şəhid Müctəba Salehinin özünə məxsusdur, ancaq imzanın mürəkkəbi heç bir qələmin mürəkkəbinə bənzəmir.
Hal-hazırda da şəhidin imzası mövcuddur.

Qaynaq: “Şəhidlər diridir”.
Hazırladı: Seyid Zahir


4403 بازدید
در حال ارسال اطلاعات...