Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Aprel 2017

Yezidin oğlu nə üçün hökuməti qəbul etmədi

Kaş belə olaydım və bilmirdim ki, Allahın cəhənnəm əzabı var
Yezidin Müaviyə adında bir oğlu var idi. Yezid öldükdən sonra Əməvilər sülaləsinin rəhbərləri onu hakimiyyət başına gətirmək istədilər. Ancaq Müaviyə xilafəti qəbul etmədi və toplantıda çıxış edərək belə dedi:
- Camaat! Mənim sizə rəhbərlik etməyə meylim yoxdur və sizin narahatlığınıza görə mən əmin-amanlıq hiss etmirəm. Biz sizə, siz də bizim hakimiyyətimizə düçar olmusunuz.
Babam Müaviyə, İslamı ilk qəbul edənlərdən olan və xilafətə ən layiqli şəxs Əli ibn Əbi Talib ilə xilafət üstündə müharibəyə qalxdı və hansı çirkin əmələ mürtəkib olduğunu özü də yaxşı başa düşürdü. Siz də bilirsiniz ki, onunla (babam Müaviyə) ilə birlikdə hansı çirkin əməllərə düçar olmusunuz. Nəhayət, o, öz əməllərinin cəzasını gördü və qəbrə getdi. Sonra xilafət atam Yezidə yetişdi. Atam xilafəti qəbul etməməli idi. Çünki buna layiq deyildi. O da xoşagəlməz işlərə mürtəkib oldu və öz əməllərini yaxşı hesab etdi. Onun hakimiyyət müddəti qısa oldu və çox tez bütün əsərləri məhv oldu, fəsadının şöləsi söndü. İndi onun əməllərinin çirkinliyi ölümünün qəmini bizə unutdurmuşdur.
İndi də mən, bu ailədən üçüncü şəxsəm. Mənim xəlifə olmağımı istəməyənlər, xəlifə olmağımı istəyənlərdən daha çoxdur. Mən heç vaxt sizin günah yükünüzü öz üzərimə götürmərəm. Necə istəyirsiniz elə də əməl edin və xilafəti də istədiyiniz adama verin.
Mərvan yerindən qalxıb dedi: - Belədirsə, onda Ömərin sünnəsi və yolu ilə əməl et.
Yezidin oğlu Müaviyə dedi: - Ey Mərvan! Hiylə işlədərək məni öz dinimdən uzaqlaşdırmaq istəyirənmi? And olsun Allaha ki, əgər xilafət bir qənimət idisə, biz öz payımızı aldıq və əgər şərr idisə, bütün Əbu Süfyan nəsli üçün bəsdir.
Yezid oğlu Müaviyə bunu deyib minbərdən aşağı düşdü.
Anası ona dedi: - Kaş bir qan ləkəsi olaydın.
- Müaviyə anasına belə cavab verdi: - Kaş belə olaydım və bilmirdim ki, Allahın cəhənnəm əzabı var və hər kəs Onunla müxalifət edərsə və başqasının haqqını qəsb edərsə, həmin cəhənnəmlə əzab verəcəklər.

Qaynaq: “Biharul-ənvar”, c. 46, səh. 12
Hazırladı: Seyid Zahir


3423 بازدید
در حال ارسال اطلاعات...