1. Allahın camaat namazına diqqəti; “Namaz qılın, Zəkat verin, ruku edənlərlə birlikdə ruku edin (namazı camaatla qılın)”.
Mühüm nöqtələr
-1. Namazın əsl hökmü camaatladır, dinin əsası ictimaiyyətdir və camaatdan uzaq düşmək din tərəfindən bəyənilməyib.
2. Allahın dəvəti namaz qılmaq, zəkat verib camaat namazında iştirak etməkdir.
3. Namaz qılın deyəndən sonra ikinci dəfə ruku edənlərlə ruku etməyə əmr edir ki, bu da camaat namazının əhəmiyyətini bildirir.
4. Ruku camaat namazının mühüm hissələrindən biridir. Çünki camaat namazı ruku ilə izah olunub.
5. Rəsulallah (c) və Əli ibn Əbu Talib (ə) ruku edənlərin nümunələrindəndir.
6. Namaz qılın! Yəni özünüz tək namaz qılmayın. Elə edin ki, namaz insanların arasında nur saçsın. İnsanlar da eşq və həvəslə ona tərəf gəlsinlər.
7. Təfsirçilərdən bəziləri belə deyiblər: “Namaz qılın” ifadəsi buna işarədir ki, sizin namazınız təkcə zikr və dua olmasın, onu kamil şəkildə oxuyun. Onun ən gözəl rüknü qəlbin diqqətli və Allah qarşısında hazır olmasındadır. Namazın təsiri insanın ruhunda və canındadır.
Ayədə bir neçə nöqtəyə işarə olunub:
1. Əvvəl insanın Allaha qovuşması (namaz qılın);
2. Sonra insanlara qovuşmaq (zəkat verin);
3. Nəticədə insanların Allah yolunda bir-birlərinə qovuşması;
4. Allahın əmri cəm olmaq və bəndələrin birlikdə ibadət etməsinədir.
5. Camaat namazının insanın inkişaf və ali məqamlara çatmasında məxsus təsiri var.
2. Ruku edənlərin xüsusiyyətləri:
“Ey Məryəm! (bu nemətin şükrü üçün) öz Allahına itaət və səcdə et və ruku edənlərlə birlikdə ruku et.”
“Ali İmran” surəsi, ayə 43.
Mühüm nöqtələr
1. Seçilmiş insanların təvazö və ibadətləri gərək çox olsun. Allahın övliyaları üçün məxsus ibadət sifariş olunub. Necə ki İslam peyğəmbəri üçün gecə namazı vacib idi.
2. Namaz, ruku və səcdə ən yaxşı təşəkkürdür.
3. Həzrət Məryəmin Allahın qarşısında itaət, səcdə və ruku etməsinə qərar verilib.
4. Mələklərin Həzrət Məryəmlə söhbətləri və fərmanları,onun pak itaət etməyi barəsindədir.
5. Qadınların camaat namazında iştirak etmələri sifariş olunub.
6.Allahın rububiyyəti.
7. Namaz o, zamanlarda da ruku və səcdəyləmiş.
8. Həzrət Məryəmin namaz qılanlarla birgə namaz qılmasına(camaat namazı) qərar verilib.
9. Qadınların ictimai ibadətlərdə hazır olmaları sifariş olunub.
10. Birlikdə ibadət etmək və camaat namazı keçmiş zamanlarda da olub.
11. Birlikdə ibadət etməyin əhəmiyyəti və təsiri insanın inkişaf və ali dərəcəyə çatması üçündür. Belə nəzərə çarpır ki, Allahın əmri həzrət Məryəmə onun ali dərəcəyə çatması üçündür.
12. Allahın seçdiklərinin cəmiyyətdə olmaları lazımdır.
13. Allahın əmri bəndələrin vəhdət və birliyinə ibadətin şüası altındadır.
14. Qadınların camaat namazında kişilərlə birlikdə namaz qılmasının icazəli olduğuna işarə edən ayələr var (əlbətdə məxsus şəraiti var). Yuxarıdakı qeyd olunmuş ayədə həzrət Məryəmə əmr olunmamamışdı ruku et yalnız ruku edən qadınlarla. Belə buyurulmuşdur ki, ruku et ruku edənlərlə. (İstər qadın olsun, istər kişi).
15. Camaat namazında, ruku mühüm rol oynayır çünki camaat namazı ruku ilə təbir olunub, onun xas əhəmiyyəti məlum edilir.
16. Allah üç neməti həzrət Məryəm üçün qiymətli saydı-seçdi, pak və başqalarından üstün qərar verdi. Bu üç nemətin qarşısında üç məsuliyyət istədi: Qunut, Səcdə və Ruku. Belə görünür ki, üç nemətin hər biri bir məsuliyyət qarşısındadır.
Nur-az.com