Şrift ölçüsü:
A+
A
A-
Kr
07 May 2017

Aşura axşamı yaxın adamlarından İmam Hüseyni (ə) tərk edən oldumu?

Rahat həyat arzusu ilə imama qoşulanların belə bir məqamda onu tərk etməsi təbii idi.
Aşura axşamından danışan tarixi mənbələrdə bildirilir ki, imam (ə) öz adamlarına Kərbəladan getməyi təklif etdikdə heç kim bu təkliflə razılaşmadı. Onların şəhadətlə razılaşması imamı dilə gətirdi: “Mən səhabələrimdən yaxşı səhabə, ailəmdən xeyirxah ailə tanımıram.” (“Vəqətül-təf”, s.197)
Eyni mənbədə bildirilir ki, Müslim , Hani və Əbdüllahın şəhadət xəbərindən sonra imam öz ətrafındakılara buyurdu: “Ey mənim şiələrim, bizi xar etdilər! Bizi tərk etmək istəyən getsin. Belə ki, biz öz beyətimizi sizin üzərinizdən götürdük.” Sonra nəql olunur ki, imamın (ə) döyüşçüləri dəstə-dəstə dağılışmağa başladılar. İmamın (ə) ətrafında Mədinədən onunla bir yerdə yola çıxmış kiçik bir qrup qaldı. Rahat həyat arzusu ilə imama qoşulanların belə bir məqamda onu tərk etməsi təbii idi.
Mötəbər mənbələrdə həmin andan sonra kimsənin imamı tərk etməsi barədə məlumat yoxdur.


5551 بازدید
در حال ارسال اطلاعات...