Şrift ölçüsü:
A+
A
A-
Kr
18 May 2017

Əmirəlmöminin İmam Əli (ə)

Gözlə, namaz vaxtı işini gör
Hədisdə nəql olunur ki, Ühüd savaşında Əmirəlmömininin Əli (ə) ayağına ox batdı. Həmin vaxt İmam (ə) ömrünün iyirmi üçüncü ilini yaşayırdı. Ox əti, dərini, damarları və sümüyü bir-birinə tikmişdi. Yara o qədər ağrılı idi ki, İmam (ə) oxu çıxarmağa icazə vermirdi. Cərrah Peyğəmbərin (s) yanına şikayətə getdi. Həzrət buyurdu: “Gözlə, namaz vaxtı işini gör. Əli (ə) namaza duranda diqqətini yalnız Allaha yönəldib, məhbubun camalında fəna olur.” (“Muhəccətul-bəyza”, 1-397)

Sünnə əhli alimlərindən olan Came bu əhvalatı çox gözəl şəkildə nəzmə çəkmişdir.

Ühüd günü qovğa qopan bir zaman
Düşmən oxu keçdi tənindən tamam.

Gözlədilər mehraba üz tutmağın,
Onda ki, həzrət unudur sol-sağın.

Çəkdilər, oxdan xəbəri olmadı,
Can çıxaran ağrıları bilmədi...


5655 بازدید
در حال ارسال اطلاعات...