Allah-təala onların paklığına şəhadət verir. İnsan yalnız ilahi lütflə paklanıb onlara qatıla bilər. Əgər başqaları paklanıb onlara qatılırsa, demək Əhli-beyt (ə) özü eynən paklıqdır.
Quranda oxuyuruq: “Belə ki, Allah keçmişdə qarşıya çıxmış və gələcəkdə qarşıya çıxacaq maneəni aradan qaldırsın...” (“Fəth”, 2)
Ayədən görünür ki, Allah-təala Əhli-beyti (ə) peyğəmbərə şərik qərar vermişdir. Axı günahdan pis çirkab nədir? Allah öz peyğəmbərini mərhəməti ilə paka çıxarır. Bizim üçün günah sayılan iş ondan baş verərsə, o məna yox, zahir baxımından günahdır. Əgər günah olsaydı, günaha görə məzəmmət zəruri olardı. Beləcə, Fatimə övladlarından bütün şərəflilər və Əhli-beytdən (ə) sayılan (Salman kimi) hər kəs Qiyamət gününədək bu ayəyə ünvandır. Onlar Məhəmmədin şərəfi və Allahın lütfü səbəbindən pakdırlar. Əhli-beyt üçün bu şərəf yalnız axirətdə zühur edər, bağışlanma halında məbus olarlar.