Şrift ölçüsü:
A+
A
A-
Kr
06 İyun 2017

TÖVBƏ

Tövbə insanın günahdan peşiman olub, bir daha günahı təkrarlamamaq haqqında Allaha verdiyi vəddir.
Günaha yol vermiş insan ümidini itirməməlidir. Təsəvvür edin ki, çayın bir tərəfindən o biri tərəfinə keçmək üçün suya hər addımdan bir daşlar düzülmüşdür. Çayı keçmək istəyən insan birinci daşın üstünə atılır. İkinci daşın üstünə atılarkən sürüşüb suya düşərsə, bütün qüvvəsini toplayır ki, yenidən daşın üzərinə çıxsın. Özünüz düşünün, heç ola bilərmi ki, sürüşüb suya düşən adam “qoy məni çay aparsın” deyə çobalamaya?! Əlbəttə ki, ola bilməz! Günah da həmin çaya sürüşüb islanmaq kimidir. Günaha yol vermiş insan peşiman olub, həmin yoldan geri dönməli, bir daha günaha batmamaq üçün diqqətli olmalıdır. Necə ki, bir dəfə sürüşüb suya düşmüş insan ikinci dəfə sürüşməmək üçün çox diqqətli olur!

“Zumər” surəsinin 53-cü ayəsində buyurulur: "Ey mənim özlərinə zülm etməkdən həddi aşmış bəndələrim, Allahın rəhmətindən ümidinizi üzməyin. Həqiqətən, Allah bütün günahları bağışlayandır." 
“Nur” surəsində oxuyuruq: “Ey iman gətirənlər hamınız Allaha tövbə edin ki, bəlkə, nicat tapasınız.” (a. 31)
Həzrət peyğəmbər (s) buyurur: “Hər dərdin bir dərmanı var, günahın dərmanı tövbədir.” İmam Baqir (ə) buyurur: “Tövbə edən şəxs sanki heç günah etməmişdir.”
Tövbəyə qısa tərif verək: Tövbə insanın günahdan peşiman olub, bir daha günahı təkrarlamamaq haqqında Allaha verdiyi vəddir.

Nədən tövbə edilməlidir?
İnsanı Allahdan uzaqlaşdıran bütün şeylər günahdır və günahdan tövbə etmək vacibdir. Günahlar iki qismə bölünür: əxlaqi günahlar və əməli günahlar.
Çirkin əxlaq nəfsi bulaşdırır və insanın kamala doğru hərəkətində maneəyə çevrilir. Nəfsdə kök atmış çirkin sifətlər insanın xarakterinə hopur. Nəfsi bu çirkinliklərdən təmizləmək zəruridir.
Əxlaqi günahlara misal olaraq riya, nifaq, qəzəb, təkəbbür, eqoistlik, zülm, yalan, tamah, böhtan kimi çirkin sifətləri göstərmək olar.
Oğurluq, qətl, zina, sələmçilik, fərarilik və s. əməli günahlara misal ola bilər.
Günahlar böyük və kiçik olmaqla da iki yerə bölünür. 40-cı dərsdə böyük günahlardan bir qismi sadalandı. İstər əxlaqi, istərsədə əməli günah böyük sayıla bilər.
Allah təala böyük günahları tərk edənlərin kiçik günahlarını bağışlayacağını vəd edir. Amma böyük günahlardan tövbə etmək vacibdir.
Amma elə günahlar da vardır ki, onları yalnız övliyalar günah kimi tanıyırlar. Məsələn, müstəhəb, yəni bəyənilmiş işi tərk etmək övliyalar üçün günah sayılır. Onlar bir fəqirin, miskinin yanından düz keçib, ona əl tutmağı özləri üçün günah hesab edir, ağlayıb-sızlayır, tövbə edirlər. peyğəmbərlərin və məsum imamların da tövbəsi bu qəbildəndir.


4615 بازدید
در حال ارسال اطلاعات...