Şrift ölçüsü:
A+
A
A-
Kr
09 İyun 2017

İXLAS – ÖZÜNÜTƏRBİYƏNİN XÜSUSİYYƏTLƏRİ

Allahla insanın öz arasında olan əlaqə – zikr, dua, diqqət, nafilə, gecə ibadətləri, sübh tezdən durmaq, ehsan, yaxşı işlər
Özümüzü islah etmək üçün diqqət etməli olduğumuz məsələlərdən biri, çox mühüm xüsusiyyətlərdən biri, bəlkə hamısından öndə gedəni ixlasdır. İxlas işi xalis görməkdən, gördüyümüz işdə saxtakarlığa yol verməməkdən ibarətdir. Bəzən elə olur ki, bir nəfər ibadət etmir. Bəzənsə ibadət edir, amma saxta, qeyri-xalis edir. Bu da onun kimidir. İbadətin xalis olmasının, əməlin xalis olmasının mənası budur ki, Allah üçün olsun. Təəssüflər olsun ki, camaat arasında yaxşı işləri dilə gətirmək, demək, çox geniş hal alıb. Sanki yaxşı işi gizləməyin lazım olduğunu bilmir. Deyirlər ki, biz filan işi görmək istəyirik və ya biz filan işləri görürük. Əlbəttə, bəzi yerlərdə istisnadır. Bəzi yerlərdə aşkar şəkildə həyata keçirilməlidir. Sədəqə ilə bağlı rəvayətlərdə deyilir ki, gizli sədəqənin bu savabı var, aşkar sədəqənin isə bu savabı. Yaxud misal üçün, kollektiv ibadət camaatın gözü qabağında həyata keçir və belə də olmalıdır. Bu, ilahi əlamətlərdən, nişanələrdəndir. Amma ibadətlərin çoxu, Allahla insanın öz arasında olan əlaqə – zikr, dua, diqqət, nafilə, gecə ibadətləri, sübh tezdən durmaq, ehsan, yaxşı işlər – Allahla insanın öz arasında da qalmalıdır. İnsan başqaları görsün deyə bir iş görməlidir. İnsan başqalarının diqqətini özünə cəlb etmək üçün bir iş görürsə, o işi görməsə daha yaxşıdır. Bu, o işi görməkdən daha pisdir. Elə bil ki, bu işi görməmişdir. Əlbəttə, daha pis olmasının səbəbi budur ki, şirkə aludə iş görmüşdür və bu şirkə aludə olan əməl haramdır. Buna görə də hamımız harda oluruqsa olaq, hansı vəzifəni tuturuqsa tutaq, çox çalışmalıyıq ki, işimizi xalis həyata keçirək.
Əgər iş Allaha görə olsa, niyyət Allaha görə olsa, adətən işdə müşahidə olunan iradlar da qarşıya çıxmaz. Biz həqiqi məsləhətləri o zaman başqalarına qurban veririk ki, bu və ya digər işi Allahdan qeyrilərinə görə həyata keçiririk. İnsan işi Allaha görə yerinə yetirərsə, yalnız vəzifəsinin nə olduğunu düşünür. Bunu düşünmür ki, kimin xoşu gələcək, kimin acığı gələcək. Kimin yanında abıra minəcək, kimin yanında rüsvay olacaq. Bu gün İslam Respublikasında bütün sahələrdə işlər Allaha görə görülür. Bu ölkədə, bu sistemdə kim iş görürsə, onu Allaha görə edə bilir. Onda mənəvi bəhrə, savab əldə edə bilir və Allah yanında özünü üzüağ edir.
Peyğəmbərdən (s) nəql olunan bir hədisdə deyilir: "Hər bir şeyin həqiqəti var. Bəndə Allah üçün gördüyü işə görə kiminsə onu tərifləməsini istəmədikcə ixlasın həqiqətinə nail ola bilməz". ("Müstədrək əl-vəsail", c.1, səh. 100) Bu çox çətindir. Bu, çox yüksək pillələrdəndir.
Misal üçün, bir fərd işi başqaları üçün görmür. Allaha görə namaz qılır, Allaha görə Quran oxuyur, xeyir iş görür. Ehsan verir, sədəqə verir, başqalarına kömək edir. Allah üçün mübarizə aparır. Amma həm də istəyir ki, camaat desin: "Bu nə yaxşı adamdır". İşini camaat üçün görməyib, Allah üçün görüb və iş başa çatıb. Amma camaatın mədhindən, camaatın onu tərifləməsindən xoşu gəlir. Hədisə görə bu ixlasın yüksək mərhələsi deyil. İxlasın yüksək mərhələsi budur ki, bunu da xoşlamayasan. Ümumiyyətlə camaatla işin olmasın. İstər bilsinlər, istər bilməsinlər, istər xoşları gəlsin, istər gəlməsin. Baxıb görsün ki, Allah ondan nə istəyir, onu da dəqiq həyata keçirsin.

Ayətullah Seyid Əli Xamenei


4608 بازدید
در حال ارسال اطلاعات...